Bakida AIBA-nin forumu və dünyanin ən yaxşi boksçularinin mükafatlandirilma mərasimi olmuşdur

Bakı, 10 dekabr (AzərTAc). Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Beynəlxalq Boks Assosiasiyasının (AİBA) forumu keçirilmişdir.

{nl}

Forumun işində Assosiasiyanın üzvü olan müxtəlif komitələrin 100-dən çox nümayəndəsi iştirak etmişdir.

{nl}

Tədbirdə çıxış edən Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov forumun ölkəmiz üçün əhəmiyyətindən danışmışdır. O demişdir ki, məhz Bakıda AİBA ailəsinin üzvləri boksun gələcəyi üçün önəmli məsələləri müzakirə edirlər.

{nl}

Azərbaycanda dünya və Avropa çempionatlarının keçirilməsi artıq ənənəyə çevrilmişdir. Respublikamız dünyada idman ölkəsi kimi şöhrət qazanmışdır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqəti və qayğısı Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıtdırmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız müxtəlif yarışlarda nailiyyətlər qazanır, ölkəmiz dünya səviyyəli yarışlara ev sahibliyi edir.

{nl}

Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu çıxış edərək Bakıda həm "AİBA Prezidenti kuboku" turniri, həm də qurumun illik forumunun yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. O demişdir ki, məni bu gün Prezident İlham Əliyev qəbul etmişdir. Azərbaycan Prezidentinin boksun inkişafına necə böyük diqqət yetirdiyinin bir daha şahidi oldum. Buna görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

{nl}

Forumun işi AİBA-nın komitə üzvlərinin müzakirələri ilə davam etmişdir. Müzakirələrdə dünyanın bütün ölkələrində qadın boksunun inkişafı, bu sahədə problemlər və digər məsələlər ilə bağlı çıxışlar dinlənilmişdir. Təcrübəli qadın boksçularla yanaşı, bu sahədə hakimlərin, məşqçilərin də yetişdirilməsinin zəruriliyi vurğulanmışdır.

{nl}

Forum başa çatdıqdan sonra isə AİBA ilin yekunlarına görə ən yaxşı boksçuları mükafatlandırmışdır. Ümumiyyətlə, AİBA qalibləri 12 nominasiya üzrə elan etmişdir.

{nl}

İlin ən yaxşı boksçusu italiyalı Domeniko Valentino elan olunmuşdur. Rusiyalı Sergey Sobelinski yeniyetmələr arasında ilin ən yaxşı boksçusu, Rusiya yığmasının məşqçisi Nikolay Xromov isə ilin ən yaxşı məşqçisi seçilmişdir.

{nl}

Bundan əlavə ən yaxşı hakim, sponsor, jurnalist, texniki komitə və digər nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim edilmişdir.

{nl}

Xatırladaq ki, forum hazırda Bakıda keçirilən beynəlxalq "AİBA Prezidenti kuboku" turniri günlərində təşkil olunmuşdur. Turnirdə 5 qitəni təmsil edən 35 ölkədən 88 boksçu mübarizə aparır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında