Birinci dövrəni qələbəsiz

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın Mediaş şəhərində keçirilən ənənəvi beynəlxalq turnirin birinci dövrəsini qələbəsiz başa vurmuşdur. Qrossmeysterimiz ilk üç turda bir məğlubiyyət və iki heç-heçədən sonra növbəti iki görüşdə Liviu-Diter Nisipyanu (Rumıniya) və Hikaru Nakamura (ABŞ) ilə "dinc" nəticəyə razılaşmışdır.
Rəcəbov turnirin birinci yarısında 2 xal toplayaraq onunla eyni nəticə göstərən Nisipyanu və ukraynalı Vasili İvançukla dörd-altıncı yerləri bölüşdürür. Lider isə 3,5 xala malik Maqnus Karlsendir (Norveç). İkinci-üçüncü mövqelərdə olan Sergey Karyakinlə (Rusiya) Nakamuranın müvafiq surətdə 3 və 2,5 xalı vardır
Dünən turnirdə istirahət günü idi. Altıncı turun oyunları bu gün keçiriləcəkdir. Rəcəbov ikinci dövrəyə İvançuka qarşı görüşlə başlayacaq. Xatırladaq ki, Teymur turnirin startında ukraynalı qrossmeysterə uduzmuşdu.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında