Rio-de-Janeyroya "Böyük dəbilqə" turnirinə...

Cüdo ustalarımız yeni sınaq ərəfəsindədirlər. İyunun 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində "Böyük dəbilqə" beynəlxalq turnirinə start veriləcəkdir. Bu mötəbər yarışda bir çox ölkənin ən yaxşı kişi və qadın cüdoçuları ilə yanaşı Azərbaycanın doqquz təmsilçisi də ustalığını nümayiş etdirəcək. Turnirin iştirakçıları təkcə medallar uğrunda mübarizə aparmayacaq, həm də London Olimpiadası - 2012-yə lisenziya yarışında öz reytinq xallarını xeyli dərəcədə artırmaq imkanı qazanacaqlar. Belə ki, hər çəki dərəcəsində qalibləri 300, ikinci-üçüncü yerlərin sahiblərini isə müvafiq surətdə 180 və 120 xal gözləyir.
Tatami ustalarımızın bu günlərdə Tallində keçirilmiş Dünya kuboku yarışında uğurlu çıxışları ümid etməyə əsas verir ki, onlar Rio-de-Janeyroda da medal və reytinq xallarının sevincini yaşaya bilərlər. Xatırladaq ki, Estoniya paytaxtında Azərbaycan cüdoçularına bir dəst medal təqdim olunmuşdur. İlqar Muşkiyevin (60 kq) qızıl medalı ona 100 reytinq xalı qazandırmış, gümüş və bürünc mükafatçılar Ramin Qurbanov (90 kq) və Nicat Şıxəlizadə (60 kq) isə öz reytinq göstəricilərinə müvafiq surətdə 80 və 40 xal əlavə etmişlər. Bundan başqa, Tallində beşinci yeri tutan Tərlan Kərimov (66 kq) reytinqini 20 xal artırmışdır. Bu uğurlar sayəsində Azərbaycan yığması Dünya kuboku turnirinin qalibi İtaliyadan sonra komanda hesabında ikinci yeri tutmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında