Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə atçılıq idmanı üzrə dünya kubokunun təsnifat mərhələsinin yarışları keçirilir

Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakıda "Sərhədçi" Atçılıq Mərkəzinin açıq manejində "Heydər Əliyev" adına dünya kubokunun təsnifat mərhələsi-CSI2*-W yarışlarına başlanılmışdır. Bir neçə kateqoriya üzrə keçiriləcək yarışlar üç gün davam edəcəkdir.
Yarışdan əvvəl təşkil olunmuş mətbuat konfransında Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov Azərbaycan Prezidenti İlham Əliyevin idmana böyük diqqət və qayğısını nəzərə çarpdırmışdır. Artıq üçüncü dəfədir ki, Bakıda keçirilən CSI2*-W kateqoriyalı beynəlxalq konkur yarışı iştirakçıların FEİ Dünya kubokunun final mərhələsinə vəsiqə qazanmaları üçün çox əhəmiyyətlidir.
Bildirilmişdir ki, 2009-cu ildə Qafqaz Liqası çərçivəsində keçirilmiş 3 beynəlxalq yarışdan ikisi Bakıda, biri isə Tbilisidə təşkil olunmuşdur. Bu yarışların nəticələrinə görə Azərbaycan idmançısı Rəşad Səmədov ən yüksək xal toplayaraq Cenevrədə keçirilmiş FEİ Dünya kubokunun final mərhələsinə vəsiqə əldə etmişdir.
Turnirdə 8 Azərbaycan idmançısı ilə yanaşı, Gürcüstandan 4, Almaniya, Bolqarıstan, Böyük Britaniya və Rusiyadan isə hərəyə 1 jokey iştirak edəcəkdir.
Azərbaycanı bu yarışda "Sərhədçi", "Günay", "Murad AK" və "Atçılıq Məktəbi" klubları təmsil edir.
Turnirin ilk günü yarışlar 1 nömrəli (maneələrin maksimal hündürlüyü 135-sm) kateqoriya üzrə keçirilmişdir.
Nəticədə Rusiya idmançısı Natalia Simonia "Qardemarin" ləqəbli atla birinci, böyük britaniyalı idmançı Kristopher İvor Frazer "Bahar" ləqəbli atla ikinci, azərbaycanlı jokey Françesko Franko "Ursula" ləqəbli atla üçüncü olmuşlar.
Qaliblərə diplomlar təqdim olunmuşdur.
Sonra Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və gənclər və idman naziri Azad Rəhimov atçılıq idmanı üzrə milli komandanın üzvləri ilə görüşmüşlər.
Elçin Quliyev jurnalistlərə bildirmişdir ki, biz gənclər və idman naziri ilə atçılıq idmanının inkişafı ilə bağlı fikir mübadiləsi aparmışıq. Milli Olimpiya Komitəsinin Prezidenti, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində artıq möhtəşəm bir kompleks tikilib istifadəyə verilmişdir. Daha 3 belə kompleksin tikilməsi üçün zəruri işlər görülür. Bütün bunlar gələcəkdə olimpiya oyunlarında, dünya miqyaslı yarışlarda yüksək nəticələrin əldə edilməsi üçün zəmin yaradacaqdır.
Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, gənclərin bu idman növünə marağı artmalıdır. Nazirlik bu idman növünün inkişafı üçün qüvvəsini əsirgəməyəcəkdir.
Ümumi mükafat fondu 40 min manat olan yarışa mayın 8-də yekun vurulacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında