Məğlubiyyət və heç-heçə

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rumıniyanın Madiaş şəhərində keçirilən XXI kateqoriyalı beynəlxalq turnirin ilk iki görüşündə cəmi yarım xal qazana bilmişdir. Startda ukraynalı Vasili İvançuka məğlub olan şahmatçımız ertəsi gün rusiyalı Sergey Karyakinlə görüşdə 90 gedişdən sonra heç-heçəyə razılaşmışdır.
İki turdan sonra turnir cədvəlinə başçılıq edən Maqnus Karlsenlə (Norveç) İvançuk hərəyə 1,5 xal toplamışlar. Üçüncü-dördüncü yerləri bölüşdürən Hikaru Nakamura (ABŞ) və Karyakin 1 xal qazanmışlar. Rəcəbovla Liviu-Diter Nisipyanunun (Rumıniya) yarım xalı var.
Dünən axşam keçirilən üçüncü turda Rəcəbov qara fiqurlarla Karlsenə qarşı oynamışdır. Xatırladaq ki, turnir iki dövrədən ibarətdir və rəqiblər hərəyə on görüş keçirəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında