"Caspian Cup"a səkkiz iddiaçı

Bu gün Bakıda səkkiz ölkənin 17 yaşlı futbolçulardan ibarət yığma komandaları arasında beynəlxalq "Caspian Cup" turnirinə start veriləcəkdir. Yarış iştirakçıları ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Qrupların qalibləri öz aralarında keçirəcəkləri final görüşündə kubokun sahibini müəyyənləşdirəcəklər.
Azərbaycan futbolçuları Türkiyə, Özbəkistan və Qırğızıstan komandaları ilə birlikdə "A" qrupunda çıxış edəcəklər. "B" qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan kollektivləri yarışacaqlar.
Ötən aylarda Astanada (Qazaxıstan) "Prezident kuboku", Kişinyovda isə Moldova Futbol Federasiyasının kuboku yarışlarının qalibi olmuş gənc futbolçularımız "Caspian Cup" turnirində ilk oyunu bu gün qırğızıstanlı yaşıdlarına qarşı keçirəcəklər. İyunun 12-də və 14-də isə onları müvafiq surətdə Özbəkistan və Türkiyə komandaları ilə görüşlər gözləyir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında