Azərbaycan dünya çempionatında mübariz heyətlə yarışacaq

Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov. İyulun ikinci yarısında Çin Xalq Respublikasının Ninqbo şəhərində keçiriləcək kişilərdən ibarət komandalar arasında şahmat üzrə dünya çempionatında Azərbaycan yığması bu heyətlə mübarizə aparacaqdır. Komandanın kapitanı ukraynalı mütəxəssis Vladimir Tukmakovdur.
Dünya çempionatında qrossmeysterlərimizin rəqibləri, artıq xəbər verdiyimiz kimi, Çin, Rusiya, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ, Misir və Ermənistan komandaları olacaq. Birinci turun matçları iyulun 17-də keçiriləcəkdir.
Əgər xatırlayırsınızsa, bundan əvvəlki çempionat ötən ilin yanvarında Türkiyənin Bursa şəhərində təşkil olunmuşdu. Onda Azərbaycan yığması (Həşimov, Rəcəbov, Məmmədyarov, Rauf Məmmədov, Hüseynov və Nicat Məmmədov) hərəyə 13 xalla ikinci-üçüncü yerləri bölüşən ABŞ və Hindistan komandalarından bir xal geri qalıb finişə dördüncü çatmışdı. Şəhriyar isə 9 mümkün xaldan 8 xal toplayaraq çempionatın bütün iştirakçıları arasında ən yaxşı nəticə göstərmişdi. Bursada qızıl medallar Rusiya komandasına (15 xal) təqdim olunmuşdu.
Məhz həmin çempionatdan sonra şahmatımızın liderlərindən biri olan Həşimov bir müddət yığma komandadan kənarda qalmışdı. İndi isə çox fərəhli haldır ki, Vüqar yenidən heyətdədir. Bu, ümid etməyə əsas verir ki, Azərbaycan komandası Ninqboda dünya çempionatının medalları uğrunda mübarizədə baş rollardan birini oynayacaq.
Ötənilki çempionatla qarşıdakı çempionat arasındakı bir fərqi də qeyd edək. Əgər Türkiyədə hər komandanın heyəti dörd əsas və iki ehtiyat oyunçudan ibarət olmuşdusa, Çində rəqiblər dörd əsas və bir ehtiyat şahmatçı ilə təmsil olunacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında