Teymur Rəcəbov Rumıniyada

Sabah Rumıniyada ənənəvi "Kinqs Tournament" beynəlxalq şahmat turnirinə start veriləcəkdir. İyunun 22-dək davam edəcək 21-ci kateqoriyalı yarışın mükafatları uğrunda altı məşhur qrossmeyster mübarizə aparacaq. Bu barədə məlumat verən chesspro.ru saytının yaydığı xəbərdə həmçinin bildirilir ki, iştirakçılar Bazna şəhərində yaşayıb, görüşləri yaxınlıqdakı Mediaş şəhərində keçirəcəklər.
Sayca beşinci dəfə təşkil edilən bu turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da (2744) çıxış edəcək. Onun rəqibləri isə norveçli Maqnus Karlsen (2815), Ukrayna təmsilçisi Vasili İvançuk (2776), Sergey Karyakin (Rusiya, 2776), ABŞ şahmatçısı Hikaru Nakamura (2774) və rumın Liviu-Diter Nisipyanudur (2662).
İki dövrədən ibarət yarışın qaydalarına görə 30-cu gedişədək heç-heçəyə razılaşmaq qadağandır. Təşkilatçılar turnir iştirakçıları üçün iki istirahət günü nəzərdə tutmuşlar - iyunun 15-də və 20-də. Turlar Bakı vaxtı ilə saat 17.30-da başlanacaq. Sonuncu, onuncu turda isə ilk gedişlər 15.30-da oynanılacaq.
Xatırladaq ki, Rəcəbov ötən il "Kinqs Tournament"də uğurla çıxış edərək, baş mükafata sahib olan Karlsendən sonra ikinci yeri tutub gümüş medal qazanmışdı. İndiki turnir isə mayda Kazanda (Rusiya) keçirilmiş iddiaçıların matçlarından sonra qrossmeysterimiz üçün ilk sınaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında