Milli Aviasiya Akademiyasında kosiki karate-do üzrə Azərbaycan yığmasının üzvləri mükafatlandırılmışdır

İyunun 9-da Milli Aviasiya Akademiyasında (MAA) 2011-ci il mayın 13-15-də Rusiyanın Noqinsk şəhərində keçirilmiş kosiki karate-do üzrə Açıq Dünya Kuboku və MDB çempionatında uğur qazanmış Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandalarının üzvlərinə mükafatlar təqdim olunmuşdur. 
Mükafatı qaliblərə Azərbaycan Kosiki Karate-do Federasiyasının fəxri prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev təqdim etmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan yığması həmin yarışda 8 idmançı (5 kişi və 3 qadın) ilə təmsil olunmuş və dünyanın 21 ölkəsindən olan 25 komanda arasında yüksək nəticə göstərmişdir. Kişilərdən ibarət komandanın üzvləri Fuad Əliyev, Rəşad Quliyev, Ruslan Bərzgiyar, Vüsal Əliyev, Sergey Jestkov 2-ci, qadınlardan ibarət komandanın üzvləri Lolita Hüseynova, Yuliya Mustafayeva və Nərminə Əliyeva isə 1-ci yerləri tutmuşlar.
Akademik Arif Paşayev komandanın uğurlarını yüksək qiymətləndirmiş və baş məşqçi MAA-nın bədən tərbiyəsi kafedrasının dosenti, əməkdar məşqçi Talıb Bərzigiyarovu qələbə münasibətilə təbrik etmişdir. O, komandada MAA-nın tələbələrinin də təmsil olunmasının təqdirəlayiq olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında