İdman xəbərləri. FİDE siyahını açıqlamışdır

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bu il avqustun 27-dən sentyabrın 20-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək Dünya kuboku yarışı iştirakçılarının siyahısını açıqlamışdır. Federasiyanın saytında verilmiş siyahıda kubok uğrunda 128 rəqibin mübarizə aparacağı bildirilir.
Qarşıdakı turnirdə beş azərbaycanlı qrossmeyster də çıxış edəcəkdir. Mayda Kazanda (Rusiya) dünya şahmat tacı uğrunda iddiaçıların matçlarının iştirakçısı olmuş Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov, habelə Vüqar Həşimov Dünya kuboku yarışına yüksək reytinqlərinə görə dəvət olunmuşlar, Rauf Məmmədov və Namiq Quliyev isə bu hüququ Avropa çempionatında uğurlu çıxışları sayəsində qazanmışlar.
Xantı-Mansiyskdə Dünya kuboku yarışından təxminən bir ay əvvəl Çin Xalq Respublikasının Ninqbo şəhərində kişilərdən ibarət komandalar arasında dünya çempionatına start veriləcəkdir (15-27 iyul). Çempionat yaxınlaşdıqca onun iştirakçıları öz heyətlərini açıqlamağa başlayırlar.
Bu addımı birinci olaraq Rusiya yığması atmışdır. Ötən il Bursada (Türkiyə) keçirilmiş dünya çempionatının qalibi olmuş bu ölkəni Ninqboda Aleksandr Qrişuk, Sergey Karyakin, Pyotr Svidler, Nikita Vityuqov və Yan Nepomnyaşi təmsil edəcəklər. Komandanın baş məşqçisi Yevgeni Bareyevdir.
Hindistan komandası Çinə Krişnan Saşikiran, Negi Parimarjan, Harikrişna Pentala, Suriya Şexar Qanquli və Narayan Qopaldan ibarət heyətlə yola düşəcək. Bizim günlərdə dünyanın 1 nömrəli şahmatçısı Vişvanatan Anand çempionatda iştirak etməyəcək. Buna baxmayaraq, onun kifayət qədər məşhur davamçılarının medallar uğrunda mübarizədə əsas rəqiblərdən biri olacağı şübhə doğurmur.
Artıq xəbər verdiyimiz kimi, Çində dünya çempionatında on ölkənin komandaları yarışacaq və onların arasında sonuncu Avropa çempionu Azərbaycan yığması da vardır.

{nl}

Tbilisiyə, xatirə turnirinə...
İyunun 10-12-də Gürcüstan paytaxtında Vaxtanq Balavadzenin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcəkdir. Bu barədə məlumatı ölkə idman ictimaiyyətinin diqqətinə çatdıran azerisportun bildirdiyi kimi, yarışda Azərbaycanın da bir qrup idmançısı iştirak edəcəkdir.
Tbilisi xalçası üzərində ölkəmizi keçmiş Avropa çempionları Mahmud Məhəmmədov (60 kq) və Zəlimxan Hüseynov (66 kq), habelə Azər Paşayev, Fərrux Ələkbərov (hər ikisi 55 kq), Umud Məmmədov (60 kq), Xaqan Süleymanov (74 kq) və Novruz Temrezov (84 kq) təmsil edəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında