İdman xəbərləri. İki qızıl və iki bürünc medal

Azərbaycanın qadın güləşçiləri Avstriyada keçirilmiş beynəlxalq turnirdə yaxşı hazırlıq və yüksək ustalıq nümayiş etdirərək ölkəmizə iki qızıl və iki bürünc medal qazandırmışlar.
Təmsilçilərimiz arasında ən böyük müvəffəqiyyətə ölkə yığma komandasının lideri Mariya Stadnik və Ancela Doroqan nail olmuşlar. Onlar müvafiq surətdə 48 və 51 kq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün zirvəsinə yüksəlmişlər. Bürünc mükafatlar isə Anna Belyayeva (63 kq) və Nadejda Sementsovaya (67 kq) təqdim olunmuşdur.
Güləşçilərimizin bu uğurları sayəsində Azərbaycan yığması komanda hesabında birinci yeri tutmuşdur.

{nl}

Nə qədər çətin olsa da...
Azərbaycan milli komandasının Astanada başıpozuq oyunundan sonra yığmamızı bu axşam öz tarixində bəlkə də ən ağır sınaq gözləyir.
Bir tərəfdən, rəqib Almaniya komandası Bakıya Avropa çempionatı - 2012-nin seçmə yarışlarında "A" qrupunun nəinki vahid lideri kimi gəlmiş, həm də altı görüşdə heç bir itkiyə məruz qalmayıb, maksimum miqdarda xal toplamaqla, gələn il Ukrayna və Polşanın birgə təşkil edəcəkləri final mərhələsinə birbaşa vəsiqəni, demək olar, artıq özünə təmin etmişdir. Digər tərəfdən isə Qazaxıstanla görüşdə qeydə alınmış məğlubiyyət futbolçularımızda ruh düşkünlüyü, öz qüvvələrinə inamsızlıq yarada bilər.
Ancaq olan-olub, keçən-keçib, heç cür bədbinliyə qapılmaq olmaz. Astanada baş verənləri unudub, Almaniyaya layiqli müqavimət göstərmək, onun zəfər yürüşünü dayandırmaq barədə düşünmək lazımdır. Düzdür, bu olduqca çətin vəzifədir. Lakin təcrübədə dəfələrlə sübut olunmuşdur ki, futbolda həlli mümkün olmayan məsələlər yoxdur və bu oyunda hər şey ola bilər. Bir şərtlə ki, rəqibin ad-sanı, nüfuzu, turnir cədvəlində möhkəm mövqeyi qarşısında özünü itirməyib, birinci dəqiqədən hakimin final işarəsinədək meydançanın bütün hissələrində hamılıqla fədakarcasına mübarizə aparıb, məqsədə çatmaq üçün qüvvə və bacarığına heyfsilənməyəsən.
Dünya futbolunun nəhənglərindən birinə qarşı inamlı oyun, layiqli müqavimət və uğurlu nəticə isə bu günlər özünün 100 illiyini qeyd edən Azərbaycan futboluna ən yaxşı töhfə olar. Bunun naminə yorulmadan "döyüşməyə" dəyər.
Xatırladaq ki, Azərbaycan-Almaniya görüşü saat 22-də başlanacaq və UEFA bu oyunda ədaləti qorumağı Mixail Kukulakisin başçılıq etdiyi yunanıstanlı hakimlər briqadasına həvalə etmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında