Mişel Platini: Azərbaycanlılar fəxr etməlidirlər ki, Prezident İlham Əliyev ölkədə futbol infrastrukturunun inkişafına bu dərəcədə qayğı ilə yanaşır

İyunun 6-da "Excelsior" mehmanxanasında Azərbaycan futbolunun 100 illik yubileyi və 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilmişdir. 
Mətbuat konfransında FİFA-nın, UEFA-nın və AFFA-nın prezidentləri Yozef Blatter, Mişel Platini və Rövnəq Abdullayev iştirak etmişlər.
AFFA-nın prezidenti R.Abdullayev qonaqları salamlamış, ölkəmizdə futbola göstərilən dövlət qayğısından, FİFA və UEFA-nın Azərbaycana həmişə dəstək olmalarından danışmışdır.
UEFA-nın prezidenti M.Platini yüksək səviyyədə inşa olunan "Dalğa Arena"nın açılış mərasimində iştirak etdiyini və stadionun mərkəzdə deyil, dəniz kənarında istifadəyə verilməsini yüksək qiymətləndirmişdir. M.Platini demişdir ki, istifadəyə verilən yeni stadion Azərbaycanda uşaq futbolunun inkişafına təkan verəcəkdir. Bu stadionun dəniz kənarında inşa edilməsi həm də çimərlik futbolunun inkişafına töhfə olacaqdır. Azərbaycanlılar fəxr etməlidirlər ki, Prezident İlham Əliyev ölkədə futbol infrastrukturunun inkişafına bu dərəcədə qayğı ilə yanaşır.
FİFA-nın prezidenti Y.Blatter Azərbaycanda futbolun inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirmiş, 2012-ci ildə ölkəmizdə 17 yaşlı qızlardan ibarət komandalar arasında dünya çempionatının yüksək səviyyədə təşkilinə əmin olduğunu bildirmişdir. FİFA-nın prezidenti bildirmişdir ki, dünya çempionatına Azərbaycanın ev sahibliyi etməsi ölkədə qadın futbolunun inkişafından xəbər verir. Prezident İlham Əliyev bizi qəbul edərkən bir daha ölkədə futbolun inkişafına dəstək verəcəyini qeyd etdi və bu, çox sevindirici haldır.
Y.Blatter bildirmişdir ki, bu yaxınlarda FİFA-ya prezident seçkilərində namizədliyimi dəstəkləyən ölkələrdən biri də Azərbaycan olmuşdur. Bunun üçün Azərbaycana öz təşəkkürümü bildirirəm.
Qonaq qeyd etmişdir ki, Azərbaycanın 100 illik futbol tarixinə adını qızıl hərflərlə yazan bir insan vardır. Bu, Tofiq Bəhramovdur. Çox sevindirici haldır ki, 1966-cı ildə keçirilmiş dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra qeydə alınmış qolun müəllifi Ceff Herst və həmin oyunda Almaniya millisinin qapısını qoruyan Hans Tilkovski də bu gün Bakıda yubiley tədbirlərində iştirak edirlər.
Sonda FİFA-nın prezidenti AFFA-nın rəhbərliyinə təmsil etdiyi qurumun bayrağını və xüsusi medalı təqdim etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında