Hətta heç-heçə də əlçatmaz oldu

Futbol ictimaiyyətimiz Azərbaycan milli komandasını Astanaya böyük ümidlərlə yola salsa da, ondan gözlənilən nəticəyə sevinmədi. Qələbə qalsın bir yana, hətta heç-heçə də bizim üçün əlçatmaz oldu. Hərçənd rəqib nə Almaniya idi, nə də Belçika və ya Avstriya. Yığmamız onunla görüşədək beş oyunun hamısında üst-üstə 0:14 hesabı ilə uduzan Qazaxıstan komandası ilə qarşılaşırdı. İndi isə bu kollektiv Avropa çempionatı - 2012-nin seçmə yarışlarında 1-ci qrupun turnir cədvəlində Azərbaycanla eyni miqdarda xala malikdir.
Hərçənd "Astana-Arena"da keçirilən oyunun hələ birinci yarısında qazaxıstanlı qapıçı ilə üzbəüz qalan Rauf Əliyev penalti nöqtəsinin yanından sərrast zərbə ilə hesabı aça bilsəydi, kim bilir, qalan bir saat ərzində meydançada hadisələr hansı məcrada davam edəcəkdi. Elə onun komanda yoldaşları da istər ön xətdə hücumların təşkilində, istərsə də müdafiədə arzuolunan nəticəni təmin edən səviyyədə oynamadılar. Qeyri-mütəşəkkil oyunla isə bir şeyə nail olmaq mümkün deyil. Ona görə də ikinci hissənin ortalarında meydançaya yenicə çıxan Vüqar Nadirovun vurduğu cavab topu azarkeşlərimiz üçün yalnız zəif təsəlli ola bilər. Hücumçumuzun bu müvəffəqiyyətindən sonra Qazaxıstan komandasında birinci qolun müəllifi və oyunun qəhrəmanı hücumçu Sergey Qridin Rəşad Sadiqovun səhvindən bacarıqla istifadə edib ikinci topu Kamran Ağayevin qoruduğu qapıdan keçirməklə öz komandasının seçmə turnirində ilk qələbəsini təmin etdi - 2:1. Azərbaycan yığması isə beşinci oyununda dördüncü məğlubiyyətlə barışmalı oldu.
Həmin axşam qrupumuzda keçirilən digər iki oyun belə nəticələnmişdir: Belçika-Türkiyə - 1:1, Avstriya-Almaniya-1:2.
O Q H M T X
1. Almaniya 6 6 0 0 19-2 18
2. Belçika 7 3 2 2 15-10 11
3. Türkiyə 6 3 1 2 9-7 10
4. Avstriya 6 2 1 3 10-10 7
5. Azərbaycan 5 1 0 4 4-15 3
6. Qazaxıstan 6 1 0 5 2-15 3
Azərbaycan komandası növbəti görüşü iyunun 7-də keçirəcəkdir. Həmin gün futbolçularımız Bakıya altı oyunda yüzfaizli nəticə ilə gələn Almaniya yığmasını qəbul edəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında