Həmyerlilərimizin idman uğuru

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirilən mini-futbol üzrə Birlik kubokunu həmin ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət komanda qazanmışdır. Yarışların baş hakimi A.V.Andreyev "Komandaların səviyyəsindən razı qaldınızmı?" sualına belə cavab vermişdir:
- Turnir sayəsində MDBMİ-nin xarici və rus tələbələri öz güclərini mini-futbolda sınaya bilmişlər. İki gün ərzində İdman kompleksində 17 komanda "Ən yaxşı komanda" adını qazanmaq uğrunda yarışmışdır. Turnir ilk dəfə yalnız MDBMİ tələbələrinin iştirakı ilə keçirilmişdir...
- Komandaların səviyyəsindən razı qaldınızmı?
- Bəli...Amma bəzən komandalarda istək bacarıqdan daha çox olurdu və həyəcan özünü büruzə verirdi. Lakin qeyd etmək lazımdır ki, 1/8 finala yalnız ən yaxşı komandalar çıxdı...
Turnirdə birinci yer tutan Azərbaycan klubunun kapitanı Elvin Əhmədov müxbirimizə eksklüziv müsahibə vermişdir:
- Rəqiblərinizi necə qiymətləndirirsiniz və turnirin səviyyəsindən razısınızmı?
- Əlbəttə, bu il rəqiblər daha güclü idi. Fikirləşirəm ki, mübarizə gərgin keçdi və azarkeşlərin xoşuna gəldi.
- Hakimlərin işi və azarkeşlik səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- Digər komandalar kimi, biz də hakimlərin qərarları ilə həmişə razılaşmırdıq. Bəzi hallarda mübahisəli məqamlar da olurdu. Lakin ümumiyyətlə, hər şey əla keçdi və mən hakimlərə oyunları ədalətlə idarə etdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm...
- Turnirin təşkilatçılığı xoşunuza gəldimi və sizcə, onu necə yaxşılaşdırmaq olar?
-Fikrimcə, təşkilatçılar tərəfindən keçən illərə nisbətən bu il turnir daha yaxşı təşkil olunmuşdu. Universitet rəhbərliyinə, xarici tələbələrlə iş üzrə dekanlığa və Yerlilər Şurasına idman bacarığımızı nümayiş etdirməyə imkan yaratdıqlarına görə minnətdarlığımı bildirmək istərdim.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında