Azərbaycan Mətbuat Şurasında futbolumuzun tarixini yazanlarla görüş

Dünən Azərbaycan Mətbuat Şurasının Bakı Futbol Federasiyası ilə birgə təşkil etdiyi və AFFA-nın dəstəyi ilə keçirilən tədbir Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuşdu. Təşkilatçılar görüşə onların fikrincə, yüz ilin ən yaxşı 33 futbol icmalçısı və şərhçisini dəvət etmişdilər. Əlbəttə, onların bu seçimi tamamilə rəmzi məna daşıyırdı. Bir vaxtlar mövsümün ən yaxşı 33 futbolçusu müəyyənləşdirilirdi. İndi isə futbolumuzun təbliğində və inkişafında xidmətləri olmuş insanlar-idman jurnalistikasında saç-saqqal ağartmış veteranlar və onların gənc davamçıları bir yerə toplaşmışdılar. 
Görüşün əvvəlində qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun təklifi ilə futbolumuzun təbliğində dərin iz buraxmış, ancaq təəssüf ki, bu gün sıralarımızda olmayan bir çox keçmiş həmkarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Ə.Amaşov və Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə bu günlər bütün ölkədə geniş qeyd olunan Azərbaycan futbolunun 100 illiyi münasibətilə görüş iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını bildirdilər.
Qonaqlar da borclu qalmadılar. Çıxış edənlərin hamısı-istər idman jurnalistikamızın ağsaqqalları Aqşin Kazımzadə, Çingiz İsmayılov, Altay Zahidov, Aydın Əliyev, Ceyhun Şərifov, Yaqub Nuriyev, istərsə də onların gənc davamçıları Murad Fərzəliyev, Qabil Mehdiyev,Ürfan Məmmədli, Mahir Rüstəmli, Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu, Aydın Bağırov və başqaları Azərbaycan futbolu üçün əlamətdar günlərdə xoş təşəbbüs göstərib, onun tarixini yazanlarla görüş təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildirdilər, ötən illəri xatırladılar və artıq ikinci yüzilliyinə qədəm qoyan futbolumuza daha böyük uğurlar arzuladılar.
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov da öz növbəsində belə tədbirlərin əhəmiyyətindən söz açıb, veteran jurnalistlərlə görüşlərin ənənəyə çevriləcəyini diqqətə çatdırdı, hamıya Azərbaycan futbolunun daha da inkişafı naminə yorulmaz fəaliyyət və çoxlu qələbə sevinci arzuladı.
Tədbirdə təşkilatçılar, eləcə də AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu qonaqlara Mətbuat Şurasının diplomlarını və AFFA-nın xatirə hədiyyələrini təqdim etdilər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında