Anandla Gelfand oynayacaq

Rusiyanın Kazan şəhərində iddiaçıların şahmat üzrə dünya birinciliyi uğrunda turniri Boris Gelfandın qələbəsi ilə başa çatmışdır. İsrailli qrossmeyster rusiyalı Aleksandr Qrişukla altı oyundan ibarət final matçında beş heç-heçədən sonra altıncı görüşün 35-ci gedişində rəqibini məğlubiyyətlə barışmağa məcbur edərək turnirin qalibi olmuş və 2012-ci ilin birinci yarısında hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anandla dünya şahmat tacı uğrunda matçda qarşılaşmaq hüququ qazanmışdır.
Bu arada cəmi iki aydan sonra, iyulun ikinci yarısında Çin Xalq Respublikasının Ninqbo şəhərində keçiriləcək kişilərdən ibarət komandalar arasında dünya çempionatına bir qədər də yaxınlaşmışıq. On ölkə komandalarının yarışacağı çempionatda Avropa çempionu Azərbaycan yığmasının rəqibləri Çin, Rusiya, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ, Misir və Ermənistan şahmatçıları olacaqlar.
Dünya çempionatının açılış mərasimi iyulun 16-na təyin edilmişdir. Ertəsi gün isə birinci turun matçları keçiriləcəkdir. Turnirə iyulun 26-da doqquzuncu turun görüşləri ilə yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında