Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Bakının idman mərkəzləri ilə tanış olmuşdur

Mayın 27-də Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Azərbaycana rəsmi səfəri çərçivəsində Bakının Tennis Akademiyası və "Sərhədçi" İdman Olimpiya Mərkəzi ilə tanış olmuşdur.
Bakının Tennis Akademiyasında A.Jukovu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov müşayiət etmişlər.
"Sərhədçi" Olimpiya Mərkəzində qonağı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev qarşılamışdır.
Qonağa idman mərkəzlərinin yaranma tarixi, idmançılar üçün yaradılmış şərait, burada keçirilmiş çoxsaylı beynəlxalq turnirlər haqqında məlumat verilmişdir.
Qeyd edək ki, mayın 27-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində kişilər və qadınlar arasında taekvondo üzrə ikigünlük "Azerbaijan Open" beynəlxalq turniri başlamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında