"Xəzər Lənkəran"ın qələbəsi qeyd edilib

Üç ildən sonra üçüncü dəfə ölkə kubokuna yiyələnmiş "Xəzər Lənkəran" futbolçuları cənub şəhərində əsl bayram ovqatı ilə qarşılanıblar.
"NBC Bank Azərbaycan" kuboku uğrunda həlledici oyunda "İnter" klubunu məğlub edən lənkəranlılar 2010-2011-ci il ölkə çempionatında da uğur qazanaraq Premyer liqanın gümüş mükafatına layiq görülüblər.
Şəhərin küçələrinə çıxmış minlərlə azarkeş "Xəzər Lənkəran"ın oyunçularını ürəkdən alqışlayaraq klubun stadionuna qədər müşayiət etdi. Stadionuna toplaşanlar sevimli komandanın növbəti uğurundan doğan sevinc və fərəh hisslərini iftixarla paylaşırdılar. Oyunçular tamaşaçı alqışları ilə bir-bir meydana dəvət edildilər. Qapıçı Kamran Ağayev "NBC Bank Azərbaycan"ın kuboku ilə meydanda görünəndə isə arenanı daha böyük coşqu bürüdü. Azarkeşlər klubun fəxri prezidenti Mübariz Məsimovu, məşqçilər heyətini də hərarətlə salamladılar.
Futbolçulardan Kamran Ağayev və Simao Bruno ürək sözlərini söylədilər, qələbədə azarkeşlərin, fanklub üzvlərinin də böyük zəhmət payı olduğunu vurğuladılar və bu qələbəni məhz onlara həsr etdiklərini bildirdilər.
Lənkəran şəhər icra hakimiyyəti başçısının 1-ci müavini İlqar Dadaşov "Xəzər Lənkəran"ı qələbə münasibətilə təbrik edərək qarşıdakı Avroliqa yarışlarında futbolçulara uğurlar arzuladı, icra hakimiyyətinin fəxri-fərmanını və hədiyyəsini komandaya təqdim etdi.
Sonra oyunçular futbol toplarını tribunalardakı azarkeşlərə tərəf ataraq onlara hədiyyə etdilər. Klubun üzvləri komandanın marş və mahnı sədaları altında meydan boyunca fəxri dövrə vurdular. Xatirə şəkilləri çəkdirildi.
Tədbir bədii kollektivlərin maraqlı konsert proqramı ilə davam etdirildi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında