Azərbaycanda kikboksinq idman növündə kifayət qədər peşəkarlar və istedadlı uşaqlar vardır

Azərbaycanda iqtisadi, sosial tərəqqi ilə yanaşı, bədən tərbiyəsi və idman da inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə 27 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, bir neçə idman mərkəzi tikilməkdədir. İdmançılarımız ölkəmizin şərəfini yerli və beynəlxalq yarışlarda layiqincə qoruyur, bayrağımızı yüksəklərə qaldırırlar. Kikboksinq, boks, güləş, cüdo, voleybol və digər idman növlərində azərbaycanlıların qazandığı medalların sayı artmaqdadır.
"Sarvan" kikboksinq klubunun direktoru və məşqçisi Rafiq Xudayev AzərTAc-ın müxbiri ilə söhbətində ölkəmizdə idman və idmançılara göstərilən diqqətdən danışmışdır. Bildirmişdir ki, ölkəmizdə kifayət qədər istedadlı idmançılar var və onlar yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər. Bu istedadlar sırasında klubun yetirmələri Rauf Əmirbəyov və Həsən Xudayevin adını çəkə bilərik. Onlar idmanı sevir, məşqlərə ürəklə yanaşır, yarışlarda uğurla çıxış edirlər. "Sarvan" kikboksinq klubunda bu idman növünün sirlərini öyrənən Rauf dəfələrlə respublika və beynəlxalq yarışlarda iştirak etmiş, müxtəlif mükafatlara layiq görülmüşdür. İdmançı 2009-cu ildə gənclər arasında kikboksinq üzrə respublika birinciliyində gümüş, həmin il Gürcüstanda təşkil olunmuş beynəlxalq turnirdə qızıl, bu ilin mayında kikboksinq üzrə Respublika birinciliyində qızıl medal qazanmışdır. Sentyabrda kikboksinq üzrə Avropa birinciliyində mübarizə aparacaqdır və inanıram ki, ölkəmizi layiqincə təmsil edəcəkdir. İdmançı boks idman növü ilə də məşğul olur. Bu ilin martında gənclər arasında boks üzrə respublika birinciliyində bürünc medal qazanmışdır.
Klubun digər yetirməsi H.Xudayevin də uğurları diqqəti cəlb edir. "Sarvan"ın yetirməsi olan idmançı bu ilin martında kadetlər arasında keçirilən Respublika birinciliyində qızıl medal qazanmışdır.
Bu uğurların davamlı olacağına inandığını bildirən R.Xudayev Azərbaycanda kikboksinq idman növündə kifayət qədər peşəkarların və istedadlı uşaqların olduğunu vurğulamışdır.
Xatırladaq ki, idmançıların hər ikisi orta məktəbdə təhsil alır. Onlar üçün təhsil aldıqları Nizami rayonundakı 145 və 238 nömrəli məktəblərdə lazımi şərait yaradılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında