İdman xəbərləri. Yunanıstanlı hakimlər briqadası

UEFA Avropa çempionatı-2012-nin seçmə yarışları çərçivəsində iyunun 7-də Azərbaycan və Almaniya komandaları arasında keçiriləcək görüşün hakimlərini elan etmişdir. Bu oyunda ədaləti qorumaq yunanıstanlı Mixail Koukoulakisə həvalə olunmuşdur. Ona həmvətənləri kömək edəcəklər.
Xatırladaq ki, Azərbaycan-Almaniya görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22-də başlanacaqdır. Bu oyundan dörd gün əvvəl, iyunun 3-də isə yığmamız Astanada Qazaxıstan komandasının qonağı olacaq.

{nl}

Heç kim hesabda irəli çıxa bilmir
Kazanda (Rusiya) keçirilən iddiaçıların dünya şahmat tacı uğrunda turnirinin final matçında rəqiblərdən heç biri hesabda irəli çıxa bilmir. İlk iki oyunda heç-heçəyə razılaşan Aleksandr Qrişuk (Rusiya) və Boris Gelfand (İsrail) üçüncü-dördüncü və beşinci görüşlərdə də hərəyə yarım xalla kifayətlənmişlər.
Beş oyundan sonra matçda hesab heç-heçədir- 2,5:2,5.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında