Sumqayıtda futbol bayramı

Bu günlər gənclik şəhəri Sumqayıtda əsl idman ovqatı hökm sürür. Şəhər rəhbərliyinin təşəbbüsü ilə burada Respublika gününə həsr olunmuş 1-ci məhəllələrarası mini-futbol yarışları keçirilir.
Açılış mərasimində də qeyd edildiyi kimi, idman təkcə yüksək nəticələr qazanmaq, çempion olmaq deyil, həm də millətin sağlam gələcəyidir. Sumqayıtda hər zaman idmana doğma münasibət bəslənilib. Bu ilin sonuna kimi müasir Olimpiya İdman Kompleksi istifadəyə veriləcək. Olimpiya mərkəzlərindən heç də seçilməyən 1 saylı Uşaq Gənclər İdman Məktəbi isə açılışa tam hazırdır. Sumqayıtda Olimpiada və Paralimpiya oyunlarının 6 nəfər mükafatçısı var, 64 nəfər dünya, Avropa çempionatları və Kubok yarışlarında qalib gəlib.
Böyük idmana gedən yolun kütləvi bədən tərbiyəsi tədbirlərindən başlandığına şübhə etməyən şəhər rəhbərliyi 123 komandanın qüvvəsini sınadığı mini-futbol yarışlarına start verib.
Açılış mərasiminin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirildi. Turnirin simvolunun bağlandığı əlvan şarlar havaya buraxıldı. Sonra futbol marşlarının sədaları altında yarışın iştirakçısı olan komandaların rəsmi keçidi oldu. Gənc futbolçular əllərində "Gələcəyimizi qoruyaq", "Siqaretə, narkomaniyaya yox deyək", "Sağlam gənclik naminə" və s. kimi şüarlar tutaraq şəhərin mərkəzi küçələrindən keçdilər.
Musa HƏSƏNOV, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi:
- Yarışlar şəhərin müxtəlif məhəllə və mikrorayonlarındakı idman qurğularında keçirilir. İştirakçıların sayı 1300 nəfərdən çoxdur. Oyunları yerlərdə minlərlə futbol azarkeşi izləyir ki, bu da idmanın təbliği baxımından önəmlidir. Qaliblərə bizim idarənin kuboku veriləcək. Turnirin ənənəvi olmasına çalışacağıq.
Yaşar ŞAMİLOV, Şimal Regional Futbol Federasiyasının prezidenti:
- Böyük nailiyyətlərin təməli məhz məhəllə yarışlarında qoyulur. Bu gün Sumqayıtın yeniyetmə və gəncləri üçün belə bir bayramı təşkil edənlərə ürəkdən minnətdarıq. Kim bilir, bəlkə də kubok iştirakçılarının arasından dünya şöhrətli futbolçular çıxacaq. İndilikdə də fayda böyükdür: asudə vaxtın səmərəli keçməsi, sağlamlıq, qələbə sevinci, zərərli vərdişlərdən imtina. Onu da deyim ki, oyunlar maraqlı keçir və son dərəcə obyektiv idarə olunur.
Yarışlara iyulun 1-də yekun vurulacaq.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında