İdman xəbərləri. "Qızıl" üstəgəl "gümüş"

Azərbaycanın sərbəst üsulla güləşənləri Dağıstanın Kaspiysk şəhərində keçirilmiş beş dəfə dünya çempionu Əli Əliyevin xatirəsinə həsr edilən beynəlxalq turnirin yekununda iki dəfə fəxri kürsüyə dəvət olunmuşlar. 
Bu mötəbər yarışın mükafatları uğrunda təmsilçilərimizlə yanaşı Rusiya, Ukrayna, Türkiyə, Belarus və digər ölkələrin güləşçiləri mübarizə aparmışlar.
Turnirin birinci günü Azərbaycan idmançılarından Şərif Şərifov fərqlənmişdir. O, 84 kq çəki dərəcəsində bütün rəqiblərindən yüksək ustalıq nümayiş etdirərək qızıl medalın sevincini yaşamışdır. Ertəsi gün isə Əşrəf Əliyev təbrikləri qəbul etmişdir. Yalnız finalda gərgin mübarizədən sonra Olimpiya oyunlarının mükafatçısı, ikiqat dünya çempionu Maxaç Murtazəliyevə (Rusiya) uduzan güləşçimiz 74 kq çəki dərəcəsində ikinci olmuşdur.

{nl}

Qədir Hüseynov Ukrayna çempionudur
Qrossmeysterimiz, Azərbaycan milli komandasının üzvü Qədir Hüseynov şahmat üzrə klublararası Ukrayna çempionatının qalibi olmuşdur. Onun komandası "A DAN DZO PQMV" (Çerniqov) on klubun rəqabətində 18 xal toplayaraq finişə birinci çatmışdır.
Bu qələbədə Hüseynovun xidməti az olmamışdır. Çempionatın saytında verilmiş nəticələrdən göründüyü kimi, Qədir beş matçda oynamış və hər dəfə də rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında