İdman xəbərləri. Qollarla zəngin son üç oyun

Unibank Premyer Liqasında yüksək məhsuldarlığı ilə yadda qalacaq son üç oyunun (MOİK-"Turan" - 4:1, "Simurq" - "Gəncə" - 4:3, "Qəbələ" - "Muğan" - 2:1) nəticələri turnir cədvəlində öz əksini tapdıqdan sonra ikinci altılıqda da hər şey öz yerini tutdu. Finişə 51 xalla yeddinci mövqeyə çatan "Qəbələ"ni cədvəldə "Muğan" (47), "Gəncə" (36), "Turan" (27), "Simurq" (19) və MOİK (18) müşayiət edirlər.
Çempionatda çıxışlarını bir gün əvvəl başa vuran altı komandanın rəqabətində isə "Neftçi" (67 xal), "Xəzər-Lənkəran" (60), "Qarabağ" (58) mükafatçılar üçlüyündən sonra dörd-beşinci yerləri eyni miqdarda xalla (49) AZAL və "İnter" tutmuşlar. "Bakı" altıncı olmuşdur (40).

{nl}

49-cu gedişdə heç-heçə
Rusiyanın Kazan şəhərində keçirilən iddiaçıların dünya şahmat tacı uğrunda turnirinin final matçı heç-heçə ilə başlanmışdır. Birinci görüşdə ağlarla oynayan Aleksandr Qrişuk (Rusiya) və onun israilli rəqibi Boris Gelfand bir-birinin müqavimətini qıra bilməyərək 49-cu gedişdə "dinc" nəticəyə razılaşmışlar.
Dünən axşam qrossmeysterlər ikinci görüşdə qarşılaşmışlar. Bu dəfə ağ fiqurlarla oynamaq növbəsi Gelfandın idi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında