İdman xəbərləri. Bəs kuboku kim qazanacaq?

Unibank Premyer Liqasında son anadək həllini gözləyən suala da nəhayət cavab alındı. Gümüş medallar "Xəzər-Lənkəran"a, bürünc mükafatlar isə "Qarabağ"a təqdim olunacaq.
Finişdə Lənkəran klubu altı illik fasilədən sonra çempion zirvəsində təbrikləri qəbul edən, üstəlik də, üstünlüyünü böyük fərqlə sübuta yetirən və Çempionlar Liqasının qapısını hələ üç tur əvvəl öz üzünə taybatay açan "Neftçi"nin meydanında heç-heçə (1:1) oynamasına baxmayaraq, bu nəticə onun ikinci yeri tutmasına mane olmadı. Belə ki, həmin axşam AZAL-ın qonağı olan "Qarabağ" məğlubiyyətə uğramaqla (1:3) gümüş medal qazanmaq imkanını itirdi. "İnter" də öz növbəsində "Bakı"ya qalib gəlsə də (1:0) "təyyarəçiləri" dördüncü pillədən sıxışdıra bilmədi.
Nəticədə milli çempionatımızın ən yaxşı altı komandası finişə bu ardıcıllıqla çatdı: "Neftçi" (67 xal), "Xəzər-Lənkəran" (60), "Qarabağ (58), AZAL (46), "İnter" (46), "Bakı" (40).
İlk üç klub artıq avrokuboklara hazırlaşa bilər. Qitəmiqyaslı yarışlarda dördüncü təmsilçimiz isə mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kuboku turnirinin "Xəzər-Lənkəran" - "İnter" finalından sonra məlum olacaq. Kuboku Lənkəran futbolçularının qazanacağı halda AZAL da Avropa meydanına çıxacaq.

{nl}

"Portu"nun sevinci
UEFA Avropa Liqasının Portuqaliya finalı oynanılmış və əhəmiyyətinə görə qitə klub futbolunun ikinci turnirinin qalibi məlum olmuşdur. "Portu"nun pərəstişkarlarının sevinci hədsizdir. Dublində (İrlandiya) final görüşündə onların sevimli komandasının "Braqa"nın qapısına vurduğu yeganə top həlledici olmuşdur (1:0). "Portu" Avroliqanı fəth etməsi ilə haqlı olaraq fəxr edə bilər.
Bu arada Çempionlar Liqası yarışlarının finalı da getdikcə yaxınlaşır. Mayın 28-də Londonun "Uembli" stadionunda İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək və əsl futbol tamaşası vəd edən final görüşünə cəmi səkkiz gün qalır.

{nl}

Yalnız 26-cı
Azərbaycan şahmatçıları Tbilisidə yenicə başa çatmış qadınların Avropa çempionatında mükafatçılar üçlüyündən çox kənarda qalmışlar. Qitə birinciliyinin medalları uğrunda mübarizəyə qoşulan 14 təmsilçimiz arasında ən yaxşı nəticə göstərən Xəyalə Abdulla 7 xalla yalnız 26-cı olmuşdur.
Qeyd edək ki, 14-cü yeri tutan Nadejda Kosintseva (Rusiya) və daha bir qrup iştirakçı da 7 xal toplamışdır. Lakin əlavə göstəricilərə görə Xəyalə onlardan geri qalmışdır. Avropa çempionu adını isə finişə 9 xalla çatan Litva şahmatçısı Viktoriya Çmiliyte qazanmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında