İdman xəbərləri. Son dəqiqələri gözləyək...

Hər şeydən göründüyü kimi, Unibank Premyer Liqasında gümüş medalların sahibləri yalnız sonuncu turda, bəlkə də, axırıncı oyunların son dəqiqələrində müəyyənləşəcək. Hər halda, 31-ci turun görüşləri də ikinci yer uğrunda mübarizədə vəziyyətə aydınlıq gətirməyib.
"Xəzər-Lənkəran"ın "Bakı" ilə görüşdə müvəffəqiyyətindən (2:0), "Qarabağ"ın isə "Neftçi" üzərində qələbəsindən (3:0) sonra turnir cədvəlinin ikinci-üçüncü pillələrində olan Lənkəran və Ağdam klublarının göstəriciləri arasındakı fərq yenə 1 xala bərabərdir. Son tur ərəfəsində "Xəzər-Lənkəran"ın 59, "Qarabağ"ın 58 xalı vardır.
Təqvimdə mayın 18-19-na təyin edilmiş axırıncı turda Lənkəran futbolçuları çempion "Neftçi"nin, "Qarabağ" isə AZAL-ın qonağı olacaq. Gümüş medallara kimin sevinəcəyini də məhz bu oyunlardan sonra biləcəyik.

{nl}

Finişə dörd tur qalır
Tbilisidə keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatının iştirakçıları cümə günü yeddinci turun görüşlərində qarşılaşdıqdan sonra dünən istirahət etmişlər. Bu gün isə səkkizinci turun görüşləri oynanılacaq.
İlk yeddi turda Azərbaycan şahmatçıları arasında daha uğurla çıxış edən Nərmin Kazımova və Xəyalə Abdulla 4,5 xal toplamışlar. Hesabat turunda Nərmin erməni Lilit Mkrtıçyanla heç-heçə oynamış, Xəyalə isə rusiyalı Darya Çaroçkinaya qalib gəlmişdir.
Finişə dörd tur qalmış turnir cədvəlinə litvalı Viktoriya Çmiliyte və gürcüstanlı Bela Kotenaşvili başçılıq edirlər. Liderlərin hərəyə 6 xalı var.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında