Sayokan döyüş sistemi üzrə 2-ci respublika turnirinə yekun vurulmuşdur

Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki idman kompleksində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş sayokan döyüş sistemi üzrə 2-ci açıq respublika turnirinə yekun vurulmuşdur.
İlk dəfə olaraq açıq hava şəraitində qurulan bu cür cəng meydanı Binəqədi, Suraxanı, Qaradağ, Yasamal, Sabunçu, Nərimanov, Xaçmaz, Beyləqan rayonları, Sumqayıt şəhəri komandalarının ixtiyarına verilmişdi. İştirakçılar sayokan döyüş sisteminin alaqan, basaqar, cəng döyüş növləri üzrə mübarizə aparırdılar.
Yarışdan əvvəl təşkil edilən mərasimdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdan, ölkə Prezidenti İlham Əliyevin idmançıların uğurlarını yüksək dəyərləndirməsindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.Q.Bayramov, eyni zamanda, sözügedən yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə Binəqədi rayonundan Milli Məclisə deputat seçilmiş Madər Musayevə, Binəqədi Qəsəbə Bələdiyyəsinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazov ulu öndərin bütün fəaliyyəti dövrlərində gənc nəslin fiziki inkişafında idmana mühüm önəm verildiyini, dövlət başçımız İlham Əliyevin bu xətti uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.V.Namazov həmçinin belə turnirlərin bundan sonra da təşkil olunacağını vurğulamışdır. O eyni zamanda, Milli Məclisin deputatı Madər Musayevin Binəqədi rayonunun ictimai həyatında oynadığı mühüm rola toxunmuş, deputatın idman yarışlarının təşkilinə verdiyi maddi dəstəyin idmançılar tərəfindən müsbət qiymətləndirildiyini bildirmişdir.
Xatırladaq ki, mərasimdə Milli Məclisin deputatı Madər Musayev, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Rəşad Cabbarov, dünya və Avropa çempionu Allahverdi Zamanov, dünya kubokunun qalibi Kamil Yusubov, ikiqat dünya çempionuYaqub Zamanov və başqaları iştirak etmişlər.
Yarışda 180 idmançı öz gücünü sınamışdır.
Turnirdə alaqan növü üzrə 1-ci yerə Suraxanı, 2-ci yerə Fizuli, 3-cü yerə Sumqayıt, basaqlar növü üzrə 1-ci yerə Bakı-Mərkəz, 2-ci yerə Nərimanov, 3-cü yerə Sumqayıt, cəng növü üzrə 1-ci yerə Binəqədi, 2-ci yerə Nərimanov, 3-cü yerə Sumqayıt komandaları layiq görülmüşdür.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında