İdman xəbərləri. Dünya kuboku. 7-ci mərhələ

Dünən Fransanın Korbey-Esson şəhərində bədii gimnastika üzrə Dünya kuboku yarışlarının 7-ci mərhələsinə start verilmişdir. Bu barədə azerisport-un yaydığı xəbərdə bildirilir ki, turnirdə yüksək yerlər uğrunda mübarizədə Azərbaycan yığma komandasının lideri Aliyə Qarayevanın əsas rəqibləri Rusiya idmançıları, Pekin Olimpiadasının çempionu Yevgeniya Kanayeva, Darya Dmitriyeva, Aleksandra Merkulova, bolqarıstanlı Silviya Miteva, Belarus gimnastları Stanyuta Melitina və Lyubov Çerkaşinadır.
Dünya kuboku turnirinin bütün qalib və mükafatçıları sabah keçiriləcək ayrı-ayrı növlər - həlqə, top, lent və gürzlərlə final yarışlarından sonra məlum olacaq.

{nl}

Bir qələbənin qiyməti
Azərbaycan şahmatçısı Nərmin Kazımovanın Tbilisidə keçirilən qadınlar arasında Avropa çempionatının altıncı turunda rusiyalı Baira Kovanova üzərində qələbəsi onun turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırmışdır. Təmsilçimiz bu müvəffəqiyyət sayəsində 36-cı yerdən 19-cu pilləyə yüksəlmişdir.
Qitə birinciliyində çıxış edən şahmatçılarımız arasında hələlik ən yaxşı nəticəni də məhz Kazımova göstərmişdir. Altı görüşdə 4 xal toplayan Nərmin hərəyə 5 xala malik yeddi liderdən bir xal geri qalır.
Altıncı turla 11 raunddan ibarət Avropa çempionatının birinci yarısına yekun vurulmuşdur. Dünən axşam keçirilən yeddinci turda Kazımova erməni Lilit Mkrtıçyan ilə görüşmüşdür.

{nl}

Rumıniya ilə heç-heçə
Ölkəmizin 17 yaşlılardan ibarət yığma komandası Kişinyovda keçirilən Moldova Futbol Federasiyasının kuboku uğrunda turnirin ikinci turunda Rumıniya kollektivi ilə heç-heçə oynamışdır - 0:0.
Bu görüşdən sonra Azərbaycan futbolçularının hesabında 4 xal var. Xatırladaq ki, onlar startda litvalı yaşıdlarına 2:1 hesabı ilə qalib gəlmişdilər. Turnirə bu gün yekun vurulacaqdır. Finişdə yığmamızın rəqibi Moldova komandası olacaq.

{nl}

İddiaçıların matçlarında
Rusiyanın Kazan şəhərində iddiaçıların dünya şahmat tacı uğrunda turnirində iki günlük istirahətdən sonra yarımfinal matçları başlanmışdır. Hər iki matçın start turunda Qata Kamski (ABŞ) Boris Gelfandla (İsrail), Aleksandr Qrişuk (Rusiya) isə həmvətəni Vladimir Kramniklə heç-heçəyə razılaşmışlar. Dünən ikinci turun görüşləri keçirilmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında