İdman xəbələri. 140-dan çox iştirakçı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə boksçular arasında növbəti beynəlxalq turnir finişə yaxınlaşmaqdadır. Onun iştirakçıları kəskin rəqabət şəraitində öz bacarıqlarını bir daha sınaqdan çıxarmaq üçün yaxşı imkan qazanmışlar.
Bakı İdman Sarayında keçirilən xatirə turnirinin mükafatları uğrunda 12 ölkəni təmsil edən 140-dan çox boksçu mübarizə aparır. Onlar 11 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər. Başlıcası isə bu yarış qüvvələrə ciddi baxışdır və məşqçilərə yetirmələrinin hazırlığındakı çatışmazlıqları aradan qaldırmaqda kömək edəcəkdir.

{nl}

Qaralarla erməni rəqib üzərində qələbə
Qadın şahmatçıların Tbilisidə davam edən Avropa çempionatının beşinci turunda Azərbaycanın 14 təmsilçisindən beşi qələbə qazanmışdır. İlk növbədə Turan Əsgərovanın müvəffəqiyyətini qeyd edək. O, qara fiqurlarla Lia Martirosyanı (Ermənistan) məğlubiyyətə uğratmışdır.
Hesabat turunda fərqlənən digər şahmatçılarımızdan Nərmin Kazımova ingiltərəli rəqibinə, Aysel Məmmədova və Nərmin Xələfova Gürcüstan nümayəndələrinə qalib gəlmişlər, Xəyalə Abdulla isə həmyerlisi Səbinə Quliyevadan dəqiq oynamışdır.
Beş turdan sonra Avropa çempionatının azərbaycanlı iştirakçıları arasında daha yaxşı nəticə göstərən Xəyalə İsgəndərova və Nərmin Kazımovanın hərəyə 3 xalı vardır. Lider isə keçirdiyi bütün beş görüşdən qalib ayrılaraq 5 xal toplayan Viktoriya Çmiliytedir (Litva).

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında