Balakəndə paraşüt idmanı üzrə beynəlxalq turnir başa çatmışdır

Balakən Aviasiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının təşəbbüsü ilə keçirilən beynəlxalq turnir başa çatmışdır. Ənənəvi olaraq artıq ikinci ildir ki, keçirilən turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Tacikistan paraşütçüləri mübarizə aparmışlar.
Üç gün davam edən beynəlxalq turnirin nəticələrinə görə, komanda yarışlarında ötənilki kimi, bu il də ilk üç pilləni Belarus, Rusiya və Azərbaycan komandaları tutmuşlar. Şəxsi birincilikdə isə Azərbaycan paraşütçüsü Pavel Novitski birinci, Belarus təmsilçisi İlya Pozdnyakov ikinci, Rusiya komandasının üzvü Pavel Azakov üçüncü yeri tutmuşlar.
Mayın 4-də Aviasiya Mərkəzində beynəlxalq turnirin rəsmi bağlanış mərasimi keçirilmişdir.
Yarışların baş hakimi, Belarusdan olan beynəlxalq dərəcəli hakim Aleksandr Loxanov, MDB ölkələri Könüllü Vətənpərvərlik Təşkilatlarının əlaqələndirici katibi Aleksandr Batagin, iştirakçı komandaların nümayəndələri turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, idmançılar üçün yaradılmış hərtərəfli şəraitə görə təşkilatçılara, eləcə də Balakən rayonunun rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Vətənpərvərlik sahəsindəki səmərəli fəaliyyətinə görə KHVTİC Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucova MDB ölkələri Könüllü Vətənpərvərlik Təşkilatları adından fəxri fərman təqdim edilmişdir.
N.Orucov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov beynəlxalq turnirin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim etmişlər. Turnirin ən gənc iştirakçılarına - Balakən məktəbliləri, Aviasiya Mərkəzinin yetirmələri 13 yaşlı Rövşən Adışirinova və 14 yaşlı Kamran Süleymanova pul mükafatı, qiymətli hədiyyələr verilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında