İdman xəbərləri. Qadın şahmatçıların Avropa çempionatında

Tbilisidə keçirilən qadın şahmatçıların Avropa çempionatında dörd turdan sonra Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə göstərən Xəyalə İsgəndərova, Gülnar Məmmədova və Türkan Məmmədyarova hərəyə 2,5 xal toplamışlar. Dördüncü turda Xəyalə və Gülnar müvafiq surətdə fransalı və şotlandiyalı rəqibləri ilə heç-heçəyə razılaşmışlar, Türkan isə Aleksandra Qoryaçkinaya (Rusiya) qalib gəlmişdir.
Çempionatın turnir cədvəlinə 4 xala malik Litva şahmatçısı Viktoriya Çmiliyte başçılıq edir. Dünən keçirilən beşinci turda İsgəndərova italiyalı Olqa Zimina ilə, Məmmədova Yeva Moserlə (Avstriya), Məmmədyarova isə Mariya Muziçukla (Ukrayna) görüşmüşlər.
31-ci tur kimə sevinc gətirəcək?
Bu gün üç oyunla Unibank Premyer Liqasında sonuncudan əvvəlki, 31-ci tura start veriləcəkdir. Bu görüşlərdə ikinci altılıqda mübarizə aparan komandalar qarşılaşacaqlar: "Muğan" - MOİK, "Gəncə" - "Qəbələ", "Turan" - "Simurq".
Ən güclü altı klub sırasında yarışan rəqiblər isə sabah meydana çıxacaqlar. "Qarabağ" - "Neftçi" və "Xəzər-Lənkəran" - "Bakı" görüşləri xüsusi maraqla gözlənilir. Həm Ağdam komandası, həm də lənkəran futbolçuları gümüş medallar uğrunda mübarizə aparırlar və onların iştirakı ilə keçiriləcək oyunlar vəziyyətə müəyyən dərəcədə aydınlıq gətirə bilər. Bu görüşlər ərəfəsində "Xəzər-Lənkəran"ın 56 xalı var, "Qarabağ" isə ondan 1 xal geri qalır. Sabaha təyin edilmiş daha bir oyunda "İnter" AZAL-ı qəbul edəcəkdir.
Kubok sahibini gözləyir
Ölkəmizin 17 yaşlı futbolçulardan ibarət yığma komandası Kişinyovda təşkil edilmiş Moldova Futbol Federasiyasının kuboku uğrunda beynəlxalq turnirdə bu gün ikinci oyununu keçirəcəkdir. Bu dəfə gənc futbolçularımız rumıniyalı yaşıdları ilə qarşılaşacaqlar.
Turnirdə dörd komanda çıxış edir. Birinci turda yığmamız Litva kollektivi ilə görüşmüş və gərgin oyunda 2:1 hesabı ilə qalib gəlmişdir. Həmin gün Moldova futbolçuları isə rumıniyalı qonaqlarını məğlubiyyətə uğratmışlar - 1:0. Nəticədə Azərbaycan və Moldova komandaları hərəyə 3 xalla turnirin liderləri olmuşlar. Yarışa mayın 14-də Azərbaycan-Moldova və Litva-Rumıniya görüşləri ilə yekun vurulacaqdır.
Xatırladaq ki, Təbriz Həsənovun yetirmələri bu yaxınlarda səkkiz komandanın iştirakı ilə Astanada keçirilən beynəlxalq turnirdə birinci yeri tutaraq Qazaxıstan Prezidentinin kubokunu Azərbaycana gətirmişlər. Görək onlar Moldova Futbol Federasiyasının kubokuna da sahib ola biləcəklərmi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında