Nona Qaprindaşvilinin vətənində

Dünən Tbilisidə qadın şahmatçılar arasında 12-ci Avropa çempionatına start verilmişdir. Çempionatın mükafatları uğrunda 132 rəqib, o cümldən 62 qrossmeyster mübarizə aparır.
Dəfələrlə dünya çempionu, ilk qadın qrossmeyster Nona Qaprindaşvilinin vətənində keçirilən qitə birinciliyinin iştirakçıları arasında bir qrup Azərbaycan şahmatçısı da vardır. Bunlar Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Nərmin Kazımova, Nərgiz Umudova, Xəyalə İsgəndərova və başqalarıdır.
İsveçrə sistemi üzrə keçirilən Avropa çempionatı 11 turdan ibarətdir. Çempion, habelə gümüş və bürünc medalların sahibləri mayın 18-də məlum olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında