İddiaçıların matçları

Kazanda keçirilən iddiaçıların dünya şahmat tacı uğrunda matçlarının dörddəbir final mərhələsinin ikinci turunda azərbaycanlı qrossmeysterlər qaralarla oynamış və onların iştirakı ilə keçirilən görüşlərdə qalib yenə müəyyənləşməmişdir.
Bu turda ən gec başa çatan Vladimir Kramnik - Teymur Rəcəbov görüşü olmuşdur. Təmsilçimiz rusiyalı keçmiş dünya çempionunun təşəbbüsü ələ keçirmək üçün bütün cəhdlərinin qarşısını bacarıqla almış və 61-ci gedişdə rəqiblər heç-heçəyə razılaşmışlar. Görüşü chesspro.ru saytında şərh edən rusiyalı mütəxəssis Konstantin Sakayev Teymurun imtahandan şərəflə çıxdığını və layiqli heç-heçəyə nail olduğunu qeyd etmişdir. Bu görüşdən sonra matçda hesab 1:1 olmuşdur.
Şəhriyar Məmmədyarovun da Boris Gelfandla matçında iki görüşdən sonra rəqiblərdən heç biri hesabda irəli çıxa bilməmişdir. Ağ fiqurlarla israilli qrossmeysterin oynadığı ikinci görüşdə 40-cı gedişdən sonra "dinc" nəticə qeydə alınmışdır.
Digər iki matça gəldikdə, Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan) qarşılaşmasında da qrossmeysterlərdən heç biri ilk iki görüşdə öz üstünlüyünü sübuta yetirə bilməmişdir (1:1). Qata Kamski (ABŞ) isə ikinci turda qaralarla qələbə sayəsində Veselin Topalov (Bolqarıstan) ilə matçda hesabda irəli çıxmağı bacarmışdır - 1,5: 0,5.
Dünən axşam üçüncü turun görüşləri keçirilmişdir. Bu turda Məmmədyarov da, Rəcəbov da ağ fiqurlarla oynamağa hazırlaşırdılar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında