Qızıl medal və 200 reytinq xalı

Azərbaycan cüdoçusu Kifayət Qasımova Bakıda keçirilən beynəlxalq "Qran-Pri" turnirində yüksək ustalıq və əsl qələbə əzmi nümayiş etdirmişdir.
Tatami ustamız 57 kq çəki dərəcəsində fəxri kürsünün zirvəsinə aparan yolda hollandiyalı, almaniyalı, ispaniyalı, macarıstanlı rəqiblərinə qalib gəlmiş, həlledici final görüşündə isə Çin idmançısı Hyu Vanq üzərində inamlı qələbə qazanaraq qızıl medala sahib olmuşdur.
Bakı "Qran-Pri"sinin iştirakçıları bu turnirin medalları ilə yanaşı reytinq xalları uğrunda da mübarizə aparırlar. Qasımova indiki müvəffəqiyyəti sayəsində 200 xal qazanmış və gələn il Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə öz imkanlarını xeyli yaxşılaşdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında