"Xəzər-Lənkəran", yoxsa "İnter"?

Futbol həvəskarları bu suala mayın 24-də ölkənin baş idman meydanı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kuboku yarışlarının həlledici final görüşündən sonra cavab alacaqlar. Hər iki rəqib bu turnirin ən mühüm oyununda son addım atmaq hüququnu gərgin mübarizə şəraitində davam etmiş yarımfinal mərhələsində çətinliklə qazanmışdır.
Bir həftə əvvəl öz azarkeşləri qarşısında "Bakı"nı yeganə qolla məğlubiyyətə uğradan (1:0) Lənkəran klubu rəqib meydanında cavab görüşündə 1:2 hesabı ilə uduzsa da, səfərdə vurduğu qol sayəsində iki oyunun yekununda ümumi müvəffəqiyyətə sevinmişdir. "İnter" isə AZAL-ı mübarizəni dayandırmağa məcbur etmişdir - 0:0 və 1:0.
Bəs 24 may axşamında kimin üzü güləcək, kuboku kim öpüb başı üzərinə qaldıracaq? Yaşayarıq, görərik...

{nl}

Baş rollarda: "Barselona" və "Mançester Yunayted"
İngiltərənin "Mançester Yunayted" klubu UEFA Çempionlar Liqası turnirinin finalında oynamaq arzusuna, əslində, hələ yarımfinalın ilk görüşündən sonra çatmışdı. Almaniyada "Şalke-04" komandası üzərində iki top fərqlə qələbə (2:0) ingilislərin finala çıxmaları üçün əla zəmin yaratmışdı və cavab görüşündən sonra onların bu üstünlüyü itirəcəyi ağlabatan deyildi.
Möcüzə baş vermədi. "Mançester Yunayted" doğma stadionda gözlənildiyindən də yaxşı oynayaraq, bu dəfə daha böyük hesabla qələbə qazandı (4:1) və finalda "Barselona"ya (İspaniya) rəqib oldu.
"Barselona" - "Mançester Yunayted" finalı mayın 28-də Londonun "Uembli" stadionunda keçiriləcəkdir. Bu turnirdə baş rolların ifaçıları böyük tamaşa göstərmək gücündə olan layiqli rəqiblərdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında