Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş jurnalistlər arasında voleybol turnirinə yekun vuruldu

Dünən "Səs", "Yeni Azərbaycan" və "İki Sahil" qəzetlərinin təşkilatçılığı və "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş media nümayəndələrindən ibarət komandalar arasında voleybol turnirinə yekun vurulub.
Siasport.az saytı xəbər verir ki, yarışın final mərhələsi Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Final matçından öncə turnirin üçüncü yerinin sahibi müəyyənləşib. "Mövqe" qəzetinin komandası oyuna gəlmədiyi üçün ona texniki məğlubiyyət verilib. "Xalq qəzeti"nin komandası isə yarışın üçüncüsü olub. Final matçında "Səs" İnformasiya Agentliyinin (SİA) komandası AzərTAc-ın komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda AzərTAc 2:0 hesabı ilə qələbə qazanıb və turnirin kubokunu əldə edib. SİA isə ikinci yerə layiq görülüb. Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları iştirak ediblər. Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək qalib komandaları təbrik edib. O, jurnalistlərin informasiya sahəsində olduğu kimi, idmanda da fəal iştirakının sevindirici hal olduğunu vurğulayıb. Bu yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmasının ümummilli liderin xatirəsinə ehtiram olduğunu vurğulayan Ə.Əhmədov turnirin təşkilatçılarına minnətdarlığını bildirib. O, Azərbaycanda bütün idmanda olduğu kimi, voleybol növünün də inkişaf etdiyini, bu sahədə böyük uğurlar əldə etdiyimizi bir daha önə çəkib. YAP-ın sədr müavini növbəti illərdə də belə yarışların təşkil olunacağına ümidvar olduğunu deyib.
Daha sonra isə qaliblərə pul mükafatı, diplomlar və kubok təqdim olundu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında