Dünya çempionatının liderlər qrupunda

Polşanın Krakov şəhərində keçirilən məktəbli şahmatçılar arasında dünya çempionatında dörd turun oyunları arxada qalmışdır. Xəbər verdiyimiz kimi, həm oğlanlar, həm də qızlar altı yaş qrupunda mübarizə aparırlar və iştirakçılar arasında Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də vardır.
Gənc həmvətənlərimizin çıxışlarını uğurlu hesab etmək olar. Onların bir neçəsi liderlər sırasındadır. Fərid Aslanov 9 yaşlılar qrupunda, Oğuz Abışlı 11 yaşlıların turnirində, Ülvi Sadıqov 13 yaşlılarla mübarizədə, Kənan İzzət 15 yaşlılar arasında hərəyə 3,5 xal toplamışlar.
Qızların çempionatında 15 yaşlı rəqiblərlə yarışan Xatın Bağırova da 3,5 xala malikdir. Turnir cədvəlinin ikinci pilləsində irəliləyən şahmatçımız həmin nəticə ilə birinci yeri tutan qazaxıstanlı Diana Assubayevadan yalnız əlavə göstəricilərə görə geri qalır. Bu gün keçiriləcək beşinci turda Xatın Diana ilə görüşəcəkdir.

{nl}

Bu dəfə Kişinyova
Bu günlərdə Astanada beynəlxalq turnirdə böyük müvəffəqiyyətlə çıxış edərək, səkkiz ölkə komandalarının rəqabətində birinci olub Qazaxıstan Prezidentinin kubokunu Azərbaycana gətirmiş 17 yaşlı futbolçulardan ibarət yığma kollektivimiz indi də Moldovaya səfərə hazırlaşır. Gənclərimiz həmin ölkə Futbol Federasiyasının kuboku uğrunda Kişinyovda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Yarışda meydan sahibləri və Azərbaycan komandası ilə yanaşı, Rumıniya və Litva futbolçuları da mübarizə aparacaqlar. Artıq oyunların təqvimi məlumdur. Yığmamız turnirə mayın 10-da Litvaya qarşı görüşlə başlayacaq, bundan iki gün sonra rumınlarla oynayacaq, mayın 14-də isə Moldova komandası ilə qarşılaşacaqdır.

{nl}

"Barselona": tam qələbəyə bir qələbə qalır
Gözlənildiyi kimi, "Barselona" Avropa klub futbolunun ən nüfuzlu yarışı Çempionlar Liqası turnirinin finalçısı olmaq imkanını itirmədi. Bir həftə əvvəl Madridin "Santyaqo de Bernabeu" stadionunda yarımfinalın ilk oyununda "Real"ı iki cavabsız qolla məğlubiyyətə uğradan Lionel Messi və oyundaşları "Nou Kamp"da cavab görüşündə özləri üçün tamamilə sərfəli nəticəyə (1:1) nail olub böyük sevinc içində fəxri mükafata daha da yaxınlaşdılar. İndi onları kubok uğrunda mübarizədə tam qələbədən cəmi bir qələbə ayırır.
Finalda "Barselona"nın rəqibi dünən axşam keçirilən və həmişəki kimi, Bakı vaxtı ilə gecəyarısı başa çatan "Mançester Yunayted" (İngiltərə) - "Şalke-04" (Almaniya) görüşündə müəyyənləşməli idi. Bu cütdə ingilislərin imkanları daha yüksək qiymətləndirilirdi. Onlar almanların meydançasında 2:0 hesabı ilə qalib gəlmişdilər və iki görüşün ümumi yekununda "Mançester Yunayted"in bu üstünlüyü itirəcəyi o qədər də inandırıcı görünmürdü.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında