"Neftçi" layiqli çempiondur

Unibank Premyer Liqasında finişə hələ üç tur və ya üç həftə qalmış əsas suala cavab alınmışdır. "Neftçi" mayın birinci günü rəqib meydanında AZAL üzərində qazandığı qələbədən (3:1) sonra bütün rəqibləri üçün əlçatmaz olmuşdur.
Arif Əsədovun yetirmələri qızıl medalların layiqli sahibləridir. Onlar çempionatda yüksək hazırlıq səviyyəsi, əsl qələbə əzmi, hücumda hamıdan məhsuldar, müdafiədə etibarlı oyun nümayiş etdirmiş və haqlı olaraq bu günlər çempionluğun böyük sevincini yaşayırlar.
Milli çempionatımızın 1 nömrəli komandasının son üç tur qarşısında xal ehtiyatını 65-ə çatdıraraq, turnir cədvəlinin ikinci pilləsində olan "Xəzər-Lənkəran"dan 10 xal irəli çıxması çox şeydən xəbər verir. Bu günlər ünvanına çoxlu fərəhli sözlər söylənilən və pərəstişkarlarından təbrikləri qəbul edən "Neftçi", şübhəsiz, Çempionlar Liqasında da Azərbaycanı layiqincə təmsil etmək arzusu ilə yaşayır. Futbol ictimaiyyətimiz də öz növbəsində ona inanır və yeni, daha böyük qələbələr qazanacağına ümid edir.
Ölkə çempionatının gümüş medalları uğrunda mübarizədə isə 55 xala malik Lənkəran klubu "Qarabağ"dan əvvəlkitək 1 xal irəlidədir. Ötən turda onların hər ikisi heç-heçə ilə kifayətlənmişdir: "İnter" - "Xəzər-Lənkəran" - 1:1, "Qarabağ" - "Bakı" - 2:2. Turun qalan oyunları belə nəticələnmişdir: "Gəncə" - MOİK - 1:0, "Simurq" - "Qəbələ" - 0:0, "Turan" - "Muğan" - 0:1.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında