Festivalın qalibləri məlumdur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən "Naxçıvan Open-2011" beynəlxalq şahmat festivalının "A" qrupunda baş mükafatı ukraynalı qrossmeyster Anton Korobov qazanmışdır. Qalib 9 mümkün xaldan 7 xal toplamışdır.
İkinci-beşinci yerləri hərəyə 6,5 xalla Zoltan Almaşi (Macarıstan), Fransisko Valyexo (İspaniya), İvan Sokolov (Hollandiya) və daha bir İspaniya təmsilçisi Aleksandr İpatov bölüşdürmüşlər.
Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Qədir Hüseynov və Eltac Səfərli göstərmişlər. Həmyerlilər finişə 6 xalla çataraq müvafiq surətdə yeddinci və doqquzuncu yerləri tutmuşlar.
Festivalın "B" qrupunun qalibi isə finişə 8 xalla çatan Anar Ələkbərov (Bakı) olmuşdur. İkinci-üçüncü mükafatları Ramil Cavadov (İsmayıllı, 7,5 xal) və ondan yarım xal geri qalan Elxan Bayramov (Bakı) qazanmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında