"Naxçıvan Open-2011" finişin astanasında

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Naxçıvan Open-2011" beynəlxalq şahmat festivalı artıq finişin astanasındadır. Bu gün keçiriləcək sonuncu, doqquzuncu turla festivalın hər iki turnirinə yekun vurulacaq, qalib və mükafatçılar təbrikləri qəbul edəcəklər.
Yeddi turdan sonra 54 rəqibin mübarizə apardığı "A" qrupunda turnir cədvəlinə 6 xala malik ispaniyalı Fransisko Valyexo başçılıq edir. İkinci yeri 5,5 xalla macar Zoltan Almaşi tutur. Yeddi iştirakçı, o cümlədən Azərbaycan şahmatçıları Rəsul İbrahimov, Qədir Hüseynov və Eltac Səfərli 5 xal toplamışlar. Əlavə göstəricilərə görə İbrahimov üçüncü, Hüseynov beşinci, Səfərli doqquzuncu pillədədir. Hesabat turunda Rəsul Mixail Mçedlişviliyə (Gürcüstan), Eltac Konstantin Landaya (Rusiya) qalib gəlmişlər, Qədir Almaşiyə uduzmuşdur.
Festivalın "B" qrupunda 104 iştirakçı yarışır. Gürcüstanlı Nino İmnadze istisna olmaqla onların hamısı Azərbaycan şahmat məktəbinin yetirməsidir. Finişə iki tur qalmış liderlər Ramil Cavadov, Anar Ələkbərov və Fuad Əhmədzadənin hərəyə 6 xalı vardır. Gürcüstanlı qonağımız isə 3,5 xalla 59-cu yeri tutur.

{nl}

"Rabitə" qızıl medallara çox yaxındır
Masallı Olimpiya İdman Kompleksində qadın voleybol klubları arasında Azərbaycan Superliqasının "Dördlər finalı"nın ikinci mərhələsi başa çatmışdır. Çempionlar Liqasının finalçısı "Rabitə" finişdə "Azərreyl"i də məğlubiyyətə uğradaraq (3:1) turnir cədvəlinin zirvəsində öz mövqeyini daha da möhkəmləndirmişdir. Sonuncu turun digər görüşündə "Lokomotiv" voleybolçuları gərgin oyunda "İqtisadçı"ya qalib gəlmişlər - 3:2.
Hazırda 11 xalla vahid lider olan "Rabitə" çempionluq sevinci yaşamağa çox yaxındır. İkinci pillədə irəliləyən "Azərreyl"in 9 xalı vardır. "İqtisadçı" və "Lokomotiv" hərəyə 8 xal toplamışlar.
"Dördlər finalı"nın sonuncu, üçüncü mərhələsi mayın 5-dən 7-dək Bakıda keçiriləcəkdir.

{nl}

Məktəbli şahmatçılarımız Krakovda
Dünən Polşanın Krakov şəhərində məktəbli şahmatçılar arasında 7-ci dünya çempionatına start verilmişdir. Yarış iştirakçıları - həm oğlanlar, həm də qızlar altı yaş qrupunda (7, 9, 11, 13, 15 və 17 yaşlılar) mübarizə aparırlar.
Birincilikdə Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də çıxış edir. Çempionatın saytında verilmiş siyahıda Ülvi Sadıqov, Kənan İzzət, Cavidan Babazadə, Xədicə Xəlilova , Xanım Balacayeva, Sədaqət Abbasova və digər həmyerlilərimizin adlarına rast gəlmək olar.
Bütün turnirlər doqquz turdan ibarətdir. Dünya çempionatının qalibləri mayın 8-də məlum olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında