Kəmaləddin Heydərov: "Azərbaycan boksçularının və güləşçilərinin uğuru İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin nəticəsidir"

Gənclər arasında boks üzrə dünya çempionatının qaliblərinə mükafatların təqdim olunması mərasimində iştirak edən Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov yarışlarda 2 qızıl və 1 bürünc medal qazanmış boksçularımızın uğurlarından söz açaraq demişdir ki, bu medallar Azərbaycanda idmanın inkişaf etdiyini göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev idmana həmişə diqqət və qayğı göstərmişdir. İndi isə həmin diqqət və qayğını Prezident İlham Əliyev göstərir. Bu da öz nəticələrini verir. Elə bu yaxınlarda güləş üzrə Avropa çempionatında da Azərbaycan idmançıları əla nəticələr göstərmişlər.
Xatırladaq ki, Bakıda keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançıları 7 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında