Dörd turdan sonra dörd lider

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Naxçıvan Open-2011" beynəlxalq şahmat turnirinin növbəti turuna yekun vurulduqda məlum olmuşdur ki, cədvəldə ilk dörd yeri qrossmeysterlər Zoltan Almaşi (Macarıstan), Fransisko Valyexo (İspaniya), İvan Sokolov (Hollandiya) və Sergey Volkov (Rusiya) bölüşdürürlər. Liderlər dörd turdan sonra hərəyə 3,5 xal toplamışlar.
Yeddi iştirakçı, o cümlədən Azərbaycan şahmatçıları Fərid Abbasov və Qədir Hüseynov onlardan yarım xal geri qalırlar. Dördüncü turda Abbasov ukraynalı Sergey Fyodorçuka, Hüseynov isə həmyerlisi Loğman Quliyevə qalib gəlmişlər.
Dünən keçirilən beşinci turda Fərid İsrail təmsilçisi İlya Smirinlə, Qədir isə Ukrayna şahmatçısı Yevgeni Miroşniçenko ilə görüşmüşlər.

{nl}

Sankt-Peterburqdan qızıl medalla
Azərbaycan idmançısı Saməddin Vəliyev bu yaxınlarda Sankt-Peterburqda keçirilmiş döyüş növləri üzrə V Beynəlxalq Olimpiadada inamla çıxış edərək birinci yeri tutmuş və qızıl medal qazanmışdır.
Məşqçisi, beynəlxalq dərəcəli hakim Çingiz Zeynalovun dediyinə görə, müxtəlif döyüş növləri üzrə bir neçə turniri özündə birləşdirən Olimpiadada 53 ölkənin idmançıları iştirak etmişlər. Frifaytinq federasiyasının təmsilçisi Saməddin sərbəst döyüşdə mübarizə apararaq 80 kq çəki dərəcəsində yaxşı hazırlıq nümayiş etdirmişdir. Amerikalı, rusiyalı və koreyalı rəqiblər üzərində qələbələr turnirin finişində onu fəxri kürsünün zirvəsinə yüksəltmişdir.
Onu da qeyd edək ki, gənc həmyerlimiz sərbəst döyüşlə dörd ildir məşğul olur və Sankt-Peterburqdakı uğuru onun heç də ilk müvəffəqiyyəti deyil. Saməddin bu il Gürcüstanda keçirilmiş Dünya kuboku yarışlarında da fərqlənərək ikinci mükafatçı olmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında