"Naxçıvan Open-2011": ilk liderlər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open-2011" beynəlxalq şahmat festivalında ən güclülərin yarışdığı "A" turnirində yeddi iştirakçı ilk iki turu itkisiz başa vurmuşdur. Bunlar bizim Rəsul İbrahimov, Hollandiya təmsilçisi İvan Sokolov, belaruslu Alekey Aleksandrov, macar Zoltan Almaşi, Fransisko Valyexo (İspaniya), Yevgeni Miroşniçenko (Ukrayna) və Konstantin Landadır (Rusiya).
Liderlər hərəyə 2 xal toplamışlar. Rəsul turnirdə ilk qələbələrini həmyerlisi Elnur Əliyev və ukraynalı Sergey Fyodorçuk üzərində qazanmışdır. On iki nəfər, o cümlədən Azərbaycan şahmatçıları Eltac Səfərli, Nicat Abbasov, Vüqar Rəsulov, Ülvi Bacarani və Qədir Hüseynov startda 1,5 xal toplamışlar.
Dünən üçüncü "raundun" görüşləri keçirilmişdir. Bu turda İbrahimov turnirin ən yüksək reytinqə malik iştirakçısı çinli qrossmeyster Van Yue ilə qarşılaşmışdır.
Qeyd edək ki, iki turniri özündə birləşdirən "Naxçıvan Open-2011" beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 66500 dollardır. "A" turnirinin qalibi 10 min dollar qazanacaq. İkinci-üçüncü yerlərin sahibləri üçün müvafiq surətdə 7500 və 5000 dollar məbləğində mükafat nəzərdə tutulmuşdur. Festivala mayın 1-də yekun vurulacaqdır.

{nl}


Deyəsən, mükafatçılar üçlüyü məlumdur

{nl}


"Neftçi" - "Bakı" - 2:0, "Xəzər-Lənkəran" - AZAL - 3:0, "Muğan" - "Simurq" - 3:0, "Qarabağ" - "İnter" - 1:0, "Qəbələ" - MOİK - 0:0, "Gəncə" - "Turan" - 1:0.
Unibank Premyer Liqasında ötən şənbə və bazar günləri keçirilən final mərhələsinin altıncı turunda qeydə alınmış bu nəticələrdən sonra, deyəsən, mükafatçılar üçlüyü məlum olmuşdur. Hər halda, bu gün ən güclü altı komandanın rəqabətində birinci üçlüyü təşkil edən klublarla onların dörd-altıncı pillələrdə olan rəqibləri arasında böyük bir məsafə yaranmışdır və qalan dörd turda bu fərqi aradan qaldırmaq yəqin ki, mümkün olmayacaq.
Çempionluq mübarizəsində isə vəziyyət bir qədər də aydınlaşmışdır. "Neftçi"nin növbəti qələbəsi artıq çoxdandır möhkəm xal ehtiyatına malik paytaxt klubunu qızıl medallara daha da yaxınlaşdırmışdır. Əvəzində gümüş mükafat uğrunda, görünür, son anadək gərgin mübarizə gedəcəkdir. Hesabat turunda meydanı qələbə ilə tərk edən Lənkəran və Ağdam klublarını əvvəlkitək turnir cədvəlində bir-birindən cəmi bir xal ayırır.
Çempionatın finişinə dörd tur qalmış "Neftçi"nin 62, "Xəzər-Lənkəran"ın 54, "Qarabağ"ın 53 xalı vardır. "Bakı" (36 xal) medal qazanmaq imkanını çoxdan itirmişdir, AZAL (45) ilə "İnter" (43) yalnız nəzəri cəhətdən finişə mükafatçılar sırasında çamağa ümid edə bilərlər.
Yeddi - on ikinci yerlər uğrunda mübarizədə isə əvvəlkitək "Qəbələ" irəlidədir - 43 xal. Sonrakı yerləri tutan "Muğan"ın 38, "Gəncə"nin 32, "Turan"ın 24, "Simurq"un 15, MOİK-in 12 xalı var.
Növbəti turun görüşləri aprelin 30-da ("İnter" - "Xəzər-Lənkəran", "Gəncə" - MOİK, "Simurq" - "Qəbələ") və mayın 1-də (AZAL-"Neftçi", "Qarabağ" - "Bakı", "Turan" - "Muğan") keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında