"Paşa Sığorta" "Azərbaycan Futbolu İrəli!" kampaniyasına start verdi!

"Paşa Sığorta" şirkəti "Azərbaycan Futbolu İrəli!" şüarı altında milli reklam kampaniyasının başlandığını elan etdi. Kampaniya Azərbaycan futbolunun hər bir azarkeşinin səbirsizliklə gözlədiyi ən mühüm hadisə ərəfəsində başlayacaqdır - bu hadisə Avropa futbol çempionatının seçim turu daxilində Azərbaycan - Almaniya yığma komandaları arasında iyunun 7-də Bakıda keçiriləcək matçdır. Reklam kampaniyası "Paşa Sığorta" və Azərbaycan Futbol Federasiyalarının Assosiasiyası (AFFA) arasındakı tərəfdaşlıq çərçivəsində həyata keçirilir və əsas məqsəd Azərbaycanda futbol hərəkatının təbliğatını dəstəkləməkdir. 
Futbol mövzusuna həsr edilmiş, üzərində "Azərbaycan Futbolu İrəli!" şüarı və "Paşa Sığorta" şirkətinin və AFFA-nın loqotipləri əks etdirilmiş reklam daşıyıcıları başlayan kampaniyanın əsas elementi olacaqdır. "Azərbaycan Futbolu İrəli!" kampaniyası iki ay müddətində davam edəcək və küçə reklam bazarı vasitəsilə billbordlar və transparantlarla, həmçinin aparıcı çap nəşriyyatlarında reklamlar və paytaxtın biznes-mərkəzləri daxilində reklam daşıyıcıları vasitəsilə dəstəklənəcəkdir.
"Paşa Holdinq" qrupunun üzvü olan "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmətlər təklif edir. 30 milyon manat məbləğində nizamnamə kapitalı və 45 milyon manat dəyərində məcmu aktivlərə malik "Paşa Sığorta" şirkəti kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta bazarında aparıcı yer tutur. "Paşa Sığorta" şirkəti 2010-cu ildən etibarən AFFA-nın rəsmi sığortaçısıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında