Lap Pekindəki kimi

Olimpiya çempionu Elnur Məmmədli yenə bir gündə altı rəqibinə qalib gəlib ikiqat Avropa çempionu oldu
Azərbaycan cüdoçusu, Pekin Olimpiadası - 2008-in çempionu Elnur Məmmədli bu günlər İstanbulda keçirilən Avropa çempionatında yenə yüksək ustalıq, mübariz keyfiyyətlər, əsl qələbə əzmi nümayiş etdirərək qitə birinciliklərində ikinci qızıl medalını qazanmış və tatami ustamızın bu böyük müvəffəqiyyəti şərəfinə nəhəng idman sarayında Azərbaycanın dövlət himni səsləndirilmiş, milli bayrağımız ən yüksəyə qaldırılmışdır.
Fərq yalnız bundadır ki, əgər Elnur Çin Xalq Respublikasının paytaxtında bir gündə altı rəqibini 73 kq çəki dərəcəsində məğlubiyyətə uğratmışdısa, qardaş ölkədə bu çətin işin öhdəsindən daha ağır - 81 kq çəkidə gəlmişdir. İndi artıq ikiqat Avropa çempionu adını daşıyan E. Məmmədli İstanbulda qızıl medala aparan yolda yunan Pavlos Qkaraklov, çernoqoriyalı Srcan Mrvaljeviç, Murat Xabaçirov (Rusiya), Tomislav Maryanoviç (Xorvatiya), Alen Şmidt (Fransa) və nəhayət, finalda Moldova təmsilçisi Sergey Toma üzərində inamlı qələbələr qazanaraq fəxri kürsünün ən yüksək zirvəsində təbrikləri qəbul etməyə layiq olduğunu bacarıqla sübuta yetirmişdir.
Elnur Məmmədlinin Avropa çempionatında qələbəsi ona qızıl medalla yanaşı həm də 180 reytinq xalı qazandırmışdır. Bu isə ümid etməyə əsas verir ki, dünya şöhrətli cüdoçumuz XXX Yay Olimpiya Oyunlarına lisenziya mübarizəsində qarşısında duran vəzifəni müvəffəqiyyətlə yerinə yetirərək, gələn il London Olimpiadasında da ölkəmizi təmsil edəcəkdir.
İstanbulda Avropa çempionatının ilk iki günündən sonra Azərbaycan yığması ümumi hesabda 1 qızıl və 1 gümüş medalla 45 ölkə arasında Fransa və Portuqaliyadan sonra üçüncü yeri tuturdu. Fransızların 2 qızıl və 3 bürünc mükafatı var idi, Portuqaliya cüdoçuları isə 1 qızıl və 2 gümüş medal qazanmışdılar.
Dünən, yarışların üçüncü günü daha dörd idmançımız tatami üzərinə dəvət olunacaqdı. Elxan Məmmədov (90 kq), Elmar Qasımov, Şahin Məmmədov (hər ikisi 100 kq) və Emil Tahirovun (100 kq-dan yuxarı) uğurlu çıxışları təqdirində mükafatlarımızın sayı bir qədər də arta bilərdi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında