Tərlan Kərimovun gümüş medal sevinci

Azərbaycan cüdoçuları İstanbulda keçirilən Avropa çempionatının birinci günü bir gümüş medalın sevincini yaşamışlar. Ölkəmizə bu mükafatı 66 kq çəki dərəcəsində çıxış edən Tərlan Kərimov qazandırmışdır.
Tatami üstamız ilk üç görüşdə Fransa, Gürcüstan və Rusiya idmançılarına qalib gəldikdən sonra yarımfinalda britaniyalı rəqibindən də üstün olmuş və yalnız finalda ikiqat Avropa çempionu, zəngin təcrübəli Mikloş Unqvariyə (Macarıstan) uduzmuşdur. Buna baxmayaraq, qitə çempionatında finala çıxmaq, gümüş mükafat qazanmaq da böyük müvəffəqiyyətdir. Üstəlik də, Tərlanın bu uğuru ona London Olimpiadası - 2012-yə aparan yolda 108 reytinq xalı qazandırmışdır.
Həmin axşam Kifayət Qasımova da medala çox yaxın idi. Rumıniya, Macarıstan və Fransa cüdoçuları ilə görüşlərdən qalib ayrılan təmsilçimiz yarımfinalda portuqaliyalı Telma Monteyroya məğlub olsa da, mükafat qazanmaq imkanını özündə saxlayırdı. Təəssüf ki, Qasımova "bürünc" uğrunda mübarizədə İrina Zabludinaya (Rusiya) uduzub 57 kq çəki dərəcəsində çıxışlarını beşinci yerdə başa vurdu.
Tərlan Kərimovun gümüş mükafatı sayəsində Azərbaycan yığması çempionatın birinci günündən sonra komanda hesabında 40-dan çox ölkə arasında yeddinci yeri tuturdu.
Dünən, yarışların ikinci günü İstanbul tatamisində ustalıqlarını nümayiş etdirmək növbəsi Ramil Qasımov, Renat Mirzəliyev (hər ikisi 73 kq), olimpiya çempionu Elnur Məmmədli (81 kq), onunla eyni çəkidə çıxış edən Elxan Rəcəbli və Ramilə Usubovanın (63 kq) idi.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında