Masallıda görüşənədək!

Azərbaycanın ən yaxşı qadın voleybol klubları Mingəçevirdə "Dördlər finalı"nın birinci mərhələ oyunlarını başa çatdırıb bir həftəlik fasiləyə çıxmışlar. Bu mərhələnin son turunda Çempionlar Liqasının gümüş mükafatçısı "Rabitə" "Çellenc kuboku"nun qalibi "Azərreyl" ilə son dərəcə gərgin mübarizə şəraitində davam edən prinsipial görüşdən çətin qələbə ilə ayrılmış (3:2), "İqtisadçı" isə ardıcıl iki məğlubiyyətdən sonra "Lokomotiv"ə qalib gəlmişdir (3:1).
Nəticədə hazırda turnir cədvəlinin ilk iki pilləsində olan "Azərreyl" və "Rabitə" hərəyə 5 xal toplamışlar. "İqtisadçı" ilə "Lokomotiv" liderlərdən 1 xal geri qalırlar.
Qarşıda daha iki mərhələnin oyunları durur. İkinci mərhələdə Superliqanın iştirakçılarını Masallı qəbul edəcəkdir. Burada turnir aprelin 27-dən 29-dək keçiriləcəkdir. Azərbaycan çempionunu müəyyənləşdirəcək üçüncü və sonuncu mərhələnin görüşləri isə Bakıda təşkil olunacaq (5-7 may).

{nl}

Növbəti tur kimə nə vəd edir?

{nl}

Unibank Premyer Liqasında final mərhələsinin altıncı turu start ərəfəsindədir. Turun sabaha təyin edilmiş ilk üç oyunundan ikisində birinci altılıq komandaları qarşılaşacaqlar. Çempionluq yürüşünə inamla başçılıq edib məsəqədə çox yaxın olan "Neftçi" futbolçuları "Bakı"nı qəbul etməyə hazırlaşırlar, turnir cədvəlində onların ən yaxın izləyicisi "Xəzər-Lənkəran" isə AZAL-a qalib gəlib ən güclü altı komandanın turnirində nəhayət, ilk qələbəsini qazanmağa çalışacaq. Günün daha bir oyununda 7-12-ci yerlər uğrunda mübarizə aparan "Muğan" və "Simurq" üz-üzə gələcəklər.
Aprelin 24-də keçiriləcək "Qarabağ" - "İnter" görüşünün nəticəsi də medal mübarizəsində az əhəmiyyət kəsb etmir. Bu oyunla eyni gündə azarkeşlər "Qəbələ" - MOİK və "Gəncə" - "Turan" görüşlərini də izləyə biləcəklər.
Altıncı tur ərəfəsində 59 xala malik "Neftçi" ilə ikinci pillədə irəliləyən Lənkəran klubu arasında 8 xala bərabər bir məsafə yarandığını siz artıq bilirsiniz. Üçüncü yeri tutan "Qarabağ" (50) "Xəzər-Lənkəran"dan bir xal geri qalır. AZAL-ın 45, "İnter"in 43, "Bakı"nın 36 xalı var. Bu turdan sonra kimin sevinəcəyini, cədvəldə nə kimi dəyişikliklər baş verəcəyini qarşıdakı oyunlar göstərəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında