Vladimir Kramnik "Prezident kuboku" turnirinin qalibidir

Rusiya şahmatçısı, keçmiş dünya çempionu Vladimir Kramnik ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Prezident kuboku" uğrunda şahmat turnirinin qalibi adını qazanmışdır.
Mötəbər turnirin rapid (sürətli) mərhələsinin sonunda V.Kramnik, Ş.Məmmədyarov və Q.Kamski 5 xalla 1-3-cü yerləri bölüşmüşdür. Daha sonra iştirakçıların əmsalları hesablanmış və Vladimir Kramnik əlavə göstəricilərə görə rəqiblərini qabaqlayaraq sürətli şahmat turnirinin qalibi olmuşdur. Əlavə göstəricilərə görə ikinci pilləni millimizin lideri Şəhriyar Məmmədyarov, üçüncü yeri isə Qata Kamski tutmuşdur.
Beləliklə, Vladimir Kramnik (5 xal) 1-ci, Şəhriyar Məmmədyarov (5xal) 2-ci, Qata Kamski (5 xal) 3-cü, Teymur Rəcəbov (3,5 xal) 4-cü, Emil Sutovski (3 xal) 5-ci, Yudit Polqar (3 xal) 6-cı, Rauf Məmmədov (2 xal) 7-ci, Qədir Hüseynov (1,5 xal) 8-ci yerə çıxmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında