Tatami ustaları İstanbulda görüşürlər

Azərbaycan cüdoçuları bu gün İstanbulda başlanacaq Avropa çempionatına yaxşı əhval-ruhiyyə ilə yola düşmüşlər. Tatami ustalarımız bu məsul yarışa səylə hazırlaşmış və qitənin ən güclü cüdoçuları ilə kəskin rəqabətdə medallarla yanaşı həm də gələn ilin iyul-avqust aylarında Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına reytinq xalları uğrunda mübarizə aparacaqlar.
Ölkə yığma komandasının baş məşqçisi Ağayar Axundzadənin azerisportdan olan həmkarlarımızla söhbətdə qeyd etdiyi kimi, onun yetirmələri yaxşı məşq keçmişlər və bu, Avropa çempionatında öz bəhrəsini verməlidir.
Yeri gəlmişkən, Rusiya Cüdo Federasiyasının idman direktoru Anatoli Laryukov da "R-Sport" agentliyinə müsahibəsində həmvətənlərimizin imkanlarını yüksək qiymətləndirərək demişdir ki, medallar uğrunda mübarizədə onun ölkəsinin tatami ustalarının əsas rəqibləri Gürcüstan, Azərbaycan və Fransa idmançıları olacaqlar.
Beləliklə, adlarını çəkdiyimiz ölkələrin, eləcə də Portuqaliya, Belarus, Hollandiya və bir çox başqa dövlətin təmsilçiləri Avropa çempionatında start ərəfəsindədirlər. Üç gün ərzində onları İstanbul tatamisi üzərində gərgin görüşlər gözləyir.
Hər iki oyunda 3:1
Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasının "Dördlər finalı"nın Mingəçevirdə keçirilən birinci mərhələsinin ikinci turunda hər iki görüş 3:1 hesabı ilə başa çatmışdır. "Azərreyl" voleybolçuları "Lokomotiv"i məğlubiyyətə uğradaraq ardıcıl ikinci qələbələrini qazanmış, "Rabitə" isə "İqtisadçı"ya qalib gəlmişdir.
Bu oyunlardan sonra "Azərreyl" 4 xalla turnir cədvəlində vahid liderdir. "Rabitə" və Lokomotiv" 3 xal toplamışlar, "İqtisadçı"nın isə 2 xalı vardır.
Birinci mərhələyə dünən keçirilən "İqtisadçı" - "Lokomotiv" və "Rabitə" - "Azərreyl" görüşləri ilə yekun vurulmuşdur.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında