Dubayda yolun yarısı keçildi

Dubayda keçirilən doqquz turdan ibarət və mükafat fondu 45 min dollar olan 13-cü beynəlxalq şahmat turnirinin iştirakçıları yolun yarısını arxada qoymuşlar. Xəbər verdiyimiz kimi, bu ənənəvi yarışın mükafatları uğrunda mübarizə aparan 170-ə qədər rəqib arasında beş təmsilçimiz də vardır.
Dörd turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Qədir Hüseynov göstərmişdir. Növbəti iki görüşdə erməni Ovik Ayrapetyana və iranlı Kuhestaniyə qalib gələn qrossmeysterimiz xal ehtiyatını 3,5-ə çatdırmış və hələlik itkisiz irəliləyərək turnir cədvəlinə başçılıq edən Sergey Volkovla (Rusiya) Negi Parimarjandan (Hindistan) yarım addım geri qalır.
Digər şahmatçılarımızdan Sərxan Quliyev və Nicat Məmmədov 3 xal toplamışlar. Sərxan üçüncü turda dəqiq gedişlərlə Zaven Andriasyanı (Ermənistan) çıxılmaz vəziyyətə saldıqdan sonra təəssüf ki, dördüncü "raundda" Volkova uduzaraq lider mövqeyini itirmişdir. Nicat isə növbəti iki turun hərəsində yarım xalla kifayətlənmişdir. Orxan Abdulovla Loğman Quliyev hələlik əllifaizli nəticə göstərmişlər. Onların 2 xalı vardır.
Dünən axşam keçirilən beşinci turda Hüseynovu qaralarla hindistanlı Sundar Syam ilə görüş gözləyirdi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında