Almaniya çempionatının azərbaycanlı mükafatçıları

Azərbaycan şahmatçıları Vüqar Həşimov və Namiq Quliyev Almaniya çempionatının müvafiq surətdə gümüş və bürünc medallarını qazanmışlar.
Həşimov Bremenin "Verder" klubunun, Quliyev isə Eppingen şəhəri komandasının şərəfini qorumuşlar. Bu klubların hər ikisi 15 turdan ibarət turnirdə 30 mümkün xaldan 25 xal toplamışdır. Əlavə göstəricilərə görə ikinci mükafata "Verder" sahib olmuşdur. Sonuncu turda Həşimovun komandası Quliyevin klubu ilə qarşılaşmış və 7:1 hesabı ilə inamlı qələbə qazanmışdır. Bu matçda Vüqar ikinci taxtada Yevgeni Postnıya qalib gəlmiş, Namiq beşinci masada Lük Makşeynə uduzmuşdur.
Almaniya çempionatının qalibi isə finişə 29 xalla çatan "Baden-Baden" komandası olmuşdur. Çempion klubun "Verder"ə qalib gəldiyini (5:3), "Eppingen"lə isə heç-heçə (4:4) oynadığını da qeyd edək.

{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında